Təcili və təxirəsalınmaz tədbirlər
Digər xəbərlər

Təcili və təxirəsalınmaz tədbirlər

FHN Mətbuat xidmətinin məlumatında xəbər verilir ki, 2 may 2023-cü il tarixində  Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 39 yanğına çıxış, 2 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində biri azyaşlı olmaqla 7 nəfər, o cümlədən Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində “VAZ 21-07” markalı minik avtomobilinin idarəetməni itirərək yol kənarındakı işıq dirəyinə çırpılması nəticəsində avtomobildə sıxılmış vəziyyətdə qalan və müxtəlif bədən xəsarətləri alan 1 nəfər xilas edilib, xəsarət alan 1 nəfər sərnişinə ilkin yardım göstərilib. Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib.

Əli SADIQOV,

“Respublika”.