Təhsil və təcrübənin vəhdəti
Elm və təhsil

Təhsil və təcrübənin vəhdəti

Azərbaycan Texnologiya Universiteti istehsal müəssisələri ilə əlaqələri gücləndirmək üçün görüşlər keçirir. Ali təhsil ocağında "Şəki Şərab" və GİLTEX zavodları ilə əməkdaşlıq memorandumu imzalanıb.

ATU-nun əsası vaxtilə ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və həmin dövrdə regionda yeganə olan şərabçılıq fakültəsi yaradılıb və yüksək kadr hazırlığına nail olunub. Bu ənənə uğurla davam etdirilir.

Hər iki müəssisə ilə görüş zamanı kadr hazırlığının müəssisələrin tələblərinə uyğunlaşdırılması, müasir texnologiyaların elmi əsaslarla tətbiqinin gücləndirilməsi, elmi-praktik təcrübələrin birgə aparılması, şərab turizminin inkişaf etdirilməsi kimi məsələlər müzakirə edilib, təkliflər irəli sürülüb. Qeyd edək ki, əsası 2006-cı ildə qoyulmuş "Şəki Şərab" zavodunun illik istehsal gücü 200 min dekalitr və ya 2,66 milyon şüşə şərab təşkil edir. 2012-ci ildən Sumqayıtda fəaliyyət göstərən GİLTEX isə 8 fabrikdən ibarət olmaqla Cənubi Qafqaz regionunda yeganə yüngül sənaye müəssisəsidir.

Zabit XƏLİLOV,

"Respublika".