Türk dünyası

"TEKNOFEST-2023 Türkiyə" sərgisində

Türkiyə

Azərbaycanın müdafiə nazirinin müavinləri - Hərbi Hava Qüvvələri Komandanı general-leytenant Ramiz Tahirov Aqil Qurbanov Türkiyəyə rəsmi səfəri çərçivəsində "TEKNOFEST-2023 Türkiyə" yüksək texnologiyalar sərgisində iştirak ediblər. Onlar sərgidə "Roketsan", "HAVELSAN", "BAYKAR" "ASELSAN" şirkətlərinin rəhbər heyətləri ilə görüşüb, nümayiş etdirilən müasir texnologiya döyüş texnikası nümunələri ilə tanış olublar. Görüşlər zamanı hər iki ölkə arasında hərbi-texniki sahədə mövcud əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsi istiqamətində geniş fikir mübadiləsi aparılıb.

Yüksək texnologiyalı məhsulların nümayiş etdirildiyi sərgidə müdafiə, aerokosmik, dənizçilik kosmik sənaye sahələrində strateji əhəmiyyətli bir çox məhsullar da təqdim olunub. Səfər çərçivəsində Azərbaycan Müdafiə Nazirliyi Türkiyənin "Baykar" şirkəti arasında Azərbaycanda pilotsuz uçuş aparatlarının birgə istehsalına dair niyyət protokolu imzalanıb. Protokolu "Baykar"ın baş direktoru Haluk Bayraktar Azərbaycan müdafiə nazirinin müavini Aqil Qurbanov imzalayıb. Qeyd edək ki, "TEKNOFEST-2023 Türkiyə" festivalı İstanbul Atatürk Hava Limanında keçirilir. Festivala dünyanın 107 ölkəsindən 154 mindən artıq komanda 600 mindən çox iştirakçı qatılıb. 102 kateqoriya üzrə 41 əsas müsabiqə keçiriləcək festivalda, 13 milyon lirədən çox pul mükafatı, 30 milyon lirədən çox maddi dəstək veriləcək.

Festivalda ilk dəfə Türkiyənin "Baykar" şirkətinin istehsal etdiyi KEMANKEŞ raketi, KIZILELMA AKINCI PUA-ları nümayiş etdirilib. KEMANKEŞ raketinin reaktiv mühərriki, stabilləşdirilmiş kamera sistemi, süni intellekt proqram təminatından sistem dizaynına qədər bütün hissələri türk mühəndislər tərəfindən hazırlanıb.

Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi "Bayraktar KIZILELMA" 100% öz kapitalı ilə 2021-ci ildə istehsal edilib. Təyyarənin 2022-ci ildə ilk uçuşu, 2023- ilin yanvar ayında isə ikinci uçuşu uğurla tamamlanıb. Aprelin 25- "Bayraktar KIZILELMA" Tekirdağ vilayətinin Çorlu rayonunda Akıncı Uçuş Tədris Test Mərkəzində ilk dəfə qol uçuşu həyata keçirib. 8,5 ton uçuş çəkisi 1500 kq yükdaşıma qabiliyyəti olan ''Bayraktar KIZILELMA'' 18-20 aprel tarixlərində dörd uçuşla ümumilikdə səkkiz sınaq uçuşu keçirib uçuş-enmə zolağında aşağı hündürlükdə 630 km/saat sürətlə sınaq manevrləri edib. Bu uğurlu testdə yüksəksürətli uçuş manevr sınaqları, eləcə ardıcıl uçuş eniş ötürmə sınaqları həyata keçirilib. Bundan əlavə, Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi olan ''Bayraktar KIZILELMA'' hava-yer missiyaları ilə yanaşı, süni intellekt funksiyası ilə havada döyüş həyata keçirəcək.

Türkiyə çox yaxın gələcəkdə dronlarda olduğu kimi, bir çox yeni təşəbbüsləri ilə dünyada iz qoyacaq. Bu sözləri Türkiyənin "Baykar" şirkətinin texniki direktoru TEKNOFEST idarə heyətinin sədri Səlçuq Bayraktar bildirib. S.Bayraktar TEKNOFEST-ə qatılan tələbələrin sayının artıq 1 milyonu ötdüyünü bu gənclərin gələcəkdə ölkənin yeni nəsil yerli avtomobilləri bütün digər ağıllı avtonom sistemlərində iştirak edəcəklərini vurğulayıb.

May ayının 1- kimi davam edəcək "TEKNOFEST-2023 Türkiyə" Aerokosmik Texnologiya Festivalına ayrı-ayrı kateqoriyalar üzrə 10-dan çox azərbaycanlı gənc qatılıb. Bakı Dövlət Universitetinin (BDU) tələbələrdən ibarət 4 komandası 6 layihə ilə festivalın final mərhələsində çıxış edir. 2 kateqoriya üzrə çıxış edəcək "BSU Creativity Workz" komandası "Driver's Eye (avtomobil qəzalarını əvvəlcədən müəyyənləşdirərək sürücünü xəbərdar edən elektron sistem)", "REB-Pack (dörd fərqli təbii şərait qaynaqdan (günəş, külək, alov su axını) elektrik enerjisi əldə etməyə imkan verən bel çantası", "CMC-Vessel (ferromaqnit fotokatalitik maddələrin istifadəsi əsasında dəniz suyunu avtomatik olaraq çirkləndiricilərdən təmizləyə biləcək robot)" adlı üç layihə ilə çıxış edəcək.

 "Humantek" komandası "Ağıllı damla sulama sistemi (torpağın mineral tərkibi, rütubət səviyyəsi, havanın temperaturu təzyiqi kimi məlumatların toplanaraq mərkəzi stansiyaya naqilsiz ötürülməsi üçün əkin sahələrinin müxtəlif yerlərində günəş enerjisi ilə qidalanan kiçik stansiyalar)", "G-21" komandası "Zərərvericilərə qarşı dronlarla mübarizə (ultrasəs dalğaları şüalandıra bilən, termik kameralarla təchiz olunmuş dronlar vasitəsilə əkinçilikdə gəmiricilərə qarşı effektiv təhlükəsiz mübarizə aparmağa imkan verən avtomatik sistem)", "FALCON TECH" komandası isə "Qapalı məkanlarda yanğınları ilkin mərhələdə zərərsizləşdirən ağıllı robotun yaradılması (qapalı məkanlarda baş verən yanğınların ilkin mərhələdə tez bir zamanda müəyyən edilməsini yanğın sahəsinin genişlənmədən söndürülməsini təmin edən robot)" adlı layihələrlə BDU-nu təmsil edir.

Azərbaycan Dövlət Neft Sənaye Universiteninin tələbələri isə  festivala ətraf mühit enerji texnologiyaları kateqoriyası üzərində neft tullantılarından hidrogenin alınması layihəsi ilə qatılıblar.

Esmira YAZKAN ASLANOVA,

''Respublika'' qəzetinin Türkiyə üzrə müxbiri.