Təsərrüfatların 52%-nin genişzolaqlı internetə çıxış imkanı təmin edilib
Region

Təsərrüfatların 52%-nin genişzolaqlı internetə çıxış imkanı təmin edilib

Zaqatala

“Aztelekom” MMC Zaqatala rayonunda mövcud ev təsərrüfatı və biznes subyektlərinin 52%-nə GPON texnologiyası ilə yüksəksürətli internetə qoşulma imkanı yaradıb.

Belə ki, Zaqatala şəhəri, Zaqatala rayonunun Car, Kebeloba, Yuxarı Tala, Aşağı Tala, Çökək, Göyəm, Dardoqqaz, Sumayıllı, Mişleş, Muxax, Qandax, Faldarlı, Kəpənəkçi, Muğanlı, Yengiyan, Mosul, Maqov, Paşan, Yolayrıc, Höytala, Vöhtala, Mazıx, Qəbizdərə və Uzuntala kəndlərində şəbəkənin tikintisi başa çatdırılıb. Ümumilikdə Zaqatala rayonu ərazisində 18379 ev təsərrüfatı və biznes subyektinin yüksəksürətli internetə çıxış imkanı təmin edilib.

Hazırda Zaqatala şəhərində 5546 təsərrüfatdan 3862 ev təsərrüfatı və biznes subyekti GPON xidmətlərindən yararlanır. Yeni qoşulmalar davam etdirilir.

Qeyd edək ki, ümumilikdə 2,1 milyona yaxın təsərrüfat genişzolaqlı internetlə əhatə olunub. Bu, ölkədə mövcud ev təsərrüfatı və biznes subyektlərinin 71%-ni təşkil edir.

“Respublika”.