Ərdoğan: Tarixin ən yüksək ixrac müqaviləsini imzaladıq
Türk dünyası

Ərdoğan: Tarixin ən yüksək ixrac müqaviləsini imzaladıq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu il müdafiə sənayesi ixracatında hədəfin 6 milyard dollar olduğunu vurğulayaraq, bunun daha da artacağının mümkün olduğunu bildirib.

"Respublika" xəbər veriri ki, bu barədə "Sabah" saytı məlumat yayıb.

Ərdoğan bildirib ki, müdafiə sənayesi məhsullarında tarixin ən böyük ixrac müqaviləsi imzalanıb. Türkiyə Prezidenti qeyd edib ki, IDEF 2023-də bu müqavilələrə yenilərini əlavə edəcək.

Töhfə SƏMƏDOVA,

"Respublika".