Ümummilli Liderimiz bəşəri dəyərlərə söykənən zəngin mənəvi irs formalaşdırıb
Sosial həyat

Ümummilli Liderimiz bəşəri dəyərlərə söykənən zəngin mənəvi irs formalaşdırıb

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən önəmli günlərdə bir çox əfv sərəncamları imzalanıb. Bu addım əsası Heydər Əliyev tərəfindən qoyulan, bu gün layiqincə davam etdirilən humanizm prinsiplərinə sədaqətin nümunəsidir. Heydər Əliyev hakimiyyətə gəldiyi illərdə ölüm hökmünə moratorium qoydu. Sonradan ümumiyyətlə, ölkədə ölüm hökmü ləğv edildi. Ulu öndərin respublikamıza rəhbərliyi dövründə, eləcə cənab Prezident İlham Əliyev tərəfindən dəfələrlə amnistiya əfv sərəncamları imzalanıb ki, bu aktlar da xeyli sayda insana şamil olunub. Heydər Əliyevin siyasətində həmişə humanizm prinsipi əsas prioritet olub bu gün o prinsiplər davam etdirilir.

Əfv sərəncamları vasitəsilə məhbus həyatı yaşamış vətəndaşlara cəmiyyətə yenidən inteqrasiya olmaq imkanı yaradılır. Bu səbəbdən, bu addımı təkcə əfv olunanlar onların yaxınları deyil, bütün cəmiyyət alqışlayırƏfv məsələlərinə baxılarkən məhkumların onların ailə üzvlərinin müraciətləri, məhkumların səhhəti, törətdikləri cinayətlər, cəza çəkdikləri müddətdə davranışları digər məsələlər nəzərə alınır. Hüquqi demokratik dövlət olan Azərbaycanda insan vətəndaş hüquq azadlıqları yüksək səviyyədə təmin olunub. Bu baxımdan, azadlıqdan məhrumetmə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərin əfv edilməsi ilə bağlı dövlət başçısı tərəfindən əfv haqqında sərəncamların imzalanması, eləcə amnistiya aktlarının qəbul olunması xüsusi əhəmiyyətə malikdir. Mayın 8- Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında" Sərəncam imzaladı. May ayının 10-dək icra olunması planlaşdırılan Sərəncama əsasən 801 məhkum əfv olunub ki, onlardan 463 şəxs azadlıqdan məhrumetmə cəzasından, 220 şəxs azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları cəzaya şərti məhkum edilmiş şəxslər) azad edilib. Bu Sərəncam müstəqil Azərbaycanın tarixində qəbul edilmiş ən böyük əfv aktıdır.

Hələ 4 il öncə, 2019-cu il martın 16-da Azərbaycan Prezident İlham Əliyev bir daha öz humanistliyini nümayiş etdirərək əfv Sərəncamı imzalamış sərəncama əsasən 400-dən çox məhkum azadlığa buraxılmışdı. ABŞ Avropa İttifaqı Prezident İlham Əliyevin bu addımını alqışla qarşıladı

Dövlət başçımız tərəfindən müxtəlif illərdə çoxsaylı əfv sərəncamları imzalanıb.

Ötən il mayın 27- Prezident İlham Əliyevin imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" Sərəncam ümumilikdə, 213 nəfərə şamil olunub. Ötən il Ədliyyə Nazirliyi son 18 ildə Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamlarının 6000-ə yaxın məhkumu əhatə etdiyi barədə məlumat yaymışdı. Şübhəsiz, bu say artıq 6000-i ötüb.

Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət siyasətinin mahiyyətini özündə əks etdirən humanistliyin nəticəsində əfv amnistiya təsisatları yaradılıb, 1995-2003- illərdə 7 amnistiya aktı qəbul edilib 32 əfv Sərəncamı imzalanıb. 2023- ilin 8 may tarixində imzalanmış Sərəncam da müasir Azərbaycan dövlətinin qurucusu, dahi siyasi dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əbədiyaşar əziz xatirəsinə dərin hörmət ehtiramın ifadəsidir.

Nəzrin CAVADZADƏ,

"Respublika".