Vətənə, xalqa sədaqətli xidmət nümunəsi olan ömrün anları
Sosial həyat

Vətənə, xalqa sədaqətli xidmət nümunəsi olan ömrün anları

Tarixən qısa bir dövr ərzində - 1969-1982-ci illərdə, bütövlükdə respublika iqtisadiyyatının nüvəsini təşkil edən yüzlərlə nəhəng sənaye müəssisələri - zavod, fabrik yaradıldı, iri istehsal kompleksləri işə salındı. Həmin illər baş verən dəyişikliklərin miqyasına, ictimai və iqtisadi sahədəki dərin islahatların səciyyəsinə və xalqın maddi rifah halının keyfiyyətcə yeni mərhələyə keçməsinə görə Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir.