“Vüsal hicrandan acıymış” sənədli filmi təqdim edildi
Sosial həyat

“Vüsal hicrandan acıymış” sənədli filmi təqdim edildi

Noyabrın 28-də Lənkəran şəhərində yerləşən Heydər Əliyev Mərkəzində şəhid Vüsal Kazımov haqqında çəkilmiş “Vüsal hicrandan acıymış” adlı sənədli filmin təqdimat mərasimi keçirilib.

Təhsil, hüquq mühafizə sektorunun və ümumilikdə çoxsaylı rayon ictimaiyyətinin iştirakı ilə baş tutan tədbirdə torpaqlarımızın azadlığı, suveren hüquqlarımızın müdafiəsi, sərhədlərimizin bərpası və qorunması uğrunda əbədiyyətə qovuşan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Dövlət himni səsləndirilib.

Təqdimat mərasimində sənədli filmin ssenari müəllifi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, yazıçı Çinarə Ömray, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıxova, Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimov, şəhidin atası Kamran Kazımov, həyat yoldaşı Aysel Kazımova çıxış edərək Azərbaycanın ərazi bütövlüyü uğrunda mücadiləsindən, şəhid Vüsal Kazımovun həyat və döyüş yolundan, şəhid ailələrinə diqqət və qayğıdan söz açıblar.

“Vüsal hicrandan acıymış” adlı sənədli film nümayiş olunub.

Tacir SADIQOV,

“Respublika”.