Yanğın Yunanıstanın F-16 arsenalını əridib
Dünya xəbərləri

Yanğın Yunanıstanın F-16 arsenalını əridib

Yunanıstanın mərkəzi hissəsindəki Volos şəhərindən 18 km aralıda yerləşən meşəlik ərazidə baş verən yanğınlar arsenala da keçib.

"Respublika" Yunanıstan mətbuatına istinadən xəbər verir ki, arsenalda baş verən partlayışların yaratdığı şok dalğaları səbəbindən 2 km uzaqlıqdakı qəsəbədə bir çox evin, mağazanın və nəqliyyat vasitələrinin şüşələri sındırılıb.

Ətrafdakı yaşayış məntəqələrindəki minə yaxın insan dəniz və avtomobil yolu ilə Volos şəhərinə təxliyə edilib. Yanan arsenalda F-16 təyyarələrində istifadə edilən bombalar və raketlər olub.

Röya RÜSTƏMLİ,

"Respublika".