Yaponiyada şiddətli yağışlar nəticəsində minlərlə insan təxliyə edilib
Dünya xəbərləri

Yaponiyada şiddətli yağışlar nəticəsində minlərlə insan təxliyə edilib

Yaponiyanın cənub-qərb əyalətlərində güclü yağışlar nəticəsində on minlərlə insan təxliyə edilib və 1 nəfər həyatını itirib.

"Respublika" Yaponiya mediasına istinadən xəbər verir ki, Fukuoka şəhərində 3 nəfərin axtarışları hələ də davam edir.

Cənub-qərb bölgəsində Sanyo və Kyushu yüksək sürətli qatar xətlərində xidmətlər müvəqqəti olaraq dayandırılıb. Yaponiya Meteorologiya Agentliyi Yapon dənizi bölgəsində leysan yağışlarının yaratdığı torpaq sürüşmələri və çayların daşması barədə xəbərdarlıq edib. 

Qeyd edək ki, Yaponiyada "tsuyu" yağış mövsümü mayın sonundan iyulun ortalarına qədər davam edir. 

Töhfə SƏMƏDOVA,

“Respublika”.