Yunanıstanın Baş naziri Ərdoğanla görüşündən danışıb:
Dünya xəbərləri

Yunanıstanın Baş naziri Ərdoğanla görüşündən danışıb: "Dost kimi yaşamalıyıq"

Yunanıstanın baş naziri Kiriakos Mitsotakisin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bağlı verdiyi açıqlamalar xüsusi marağa səbəb olub.

"Respublika" xəbər verir ki, görüş zamanı nikbin əhval-ruhiyyənin müzakirələrin məzmununa uyğun olduğunu vurğulayan Mitsotakis qonşu kimi yaşamağı üstün tutduğunu bildirib:

 “Məncə, hamımız həmfikirik ki, daim ayıq-sayıq olmaqdansa, mədəni qonşular və dostlar kimi yaşamaq daha yaxşıdır”,- deyə Yunanıstanın Baş naziri qeyd edib.

Nəzrin ELDARQIZI,
"Respublika".