Azərbaycan mətbuatının nümayəndələri şəhid jurnalistlərin xatirəsini yad edir
Sosial həyat

Azərbaycan mətbuatının nümayəndələri şəhid jurnalistlərin xatirəsini yad edir

İyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində hərəkət olan yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsinin tank əleyhinə minaya düşməsi nəticəsində həlak olan jurnalistlərin - AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimovun və AzTV-nin operatoru Sirac Abışovun xatirəsi ehtiramla yad olunur.

AZƏRTAC xəbər verir ki, Azərbaycan mətbuatının və ölkə ictimaiyyətinin nümayəndələri Şəhidlər xiyabanının yaxınlığında yaradılan xatirə guşəsini ziyarət edir, önünə gül dəstələri düzürlər.

 

AZƏRTAC