Azərbaycan və Türkiyə xarici işlər nazirləri arasında telefon danışığı olub
Siyasət

Azərbaycan və Türkiyə xarici işlər nazirləri arasında telefon danışığı olub

Yanvarın 31-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, telefon danışığı zamanı nazirlər ikitərəfli əməkdaşlıq münasibətlərini müzakirə ediblər.

Eyni zamanda, regiondakı cari vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

AZƏRTAC