Ulu öndər Heydər Əliyevin irsi milli sərvətimizdir
Region

 Ulu öndər Heydər Əliyevin irsi milli sərvətimizdir

 Dağlar  diyarı Yardımlı şəhər 4 saylı tam orta məktəbində  baş tutan  növbəti tədbir  ulu öndər, müstəqil Azərbaycanın yaradıcısı, türk dünyasının dahi oğlu,  ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə  həsr olunmuşdu.  “Ulu öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” adlı tədbirin təşkilatçıları  Yardımlı Rayon İcra Hakimiyyəti, rayon təhsil sektoru, Gənclər və İdman İdarəsi idi. 

Ümummilli lider Heydər Əliyevin və  Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçib şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğlanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.  Tədbirdə RİH başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Məmmədova çıxış edərək  ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycana olan ülvi  sevgisindən,  xalqına sonsuz məhəbbətdən, vətənpərvərlik ideyalarına əsaslanan həyatından və ulu öndərin  irsinin gələcək nəsillər üçün zəngin xəzinə olduğundan geniş bəhs edərək gənclərin  inkişafında Heydər Əliyev kimi dahi şəxsiyyətin irsinin öyrənilməsi və təbliğ edilməsinin vacibliyini xüsusi qeyd edib.

Təhsil sektorunun müdiri Kamal Təhməzov, Gənclər və İdman İdarəsinin rəisi Şəhriyar Şabiyev  bu gün ölkəmizdə və onun hüdudlarından kənarda uğurla həyata keçirilən layihələrdən, Heydər Əliyev ideyalardan, onun azərbaycançılıq fəlsəfəsindən, dövlətçilik irsindən danışdılar,  bir daha vurğuladılar  ki, Müstəqil Azərbaycan var olduqca, onun qurucusu ulu öndər Heydər Əliyevin əziz xatirəsi də əbədi yaşayacaq.

 Zəfər  ORUCOĞLU,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü.