DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ƏRDOĞANDAN SEÇKİLƏRİN İKİNCİ TURU İƏ BAĞLI AÇIQLAMA

Mayın 28-niTürkiyə Yüz İlinin müjdəçisi edəcəyik”. “Reportagentliyinin verdiyi xəbərə görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib ƏrdoğanTwitterhesabında qeyd edib. ƏrdoğanCümhur İttifaqının prezident seçkilərinin ilk sınağından alnıaçıq çıxdığını bəyan edib: “Təhriklərə, təzyiqlərə əhəmiyyət vermədən, çətinliklər qarşısında geri çəkilmədən canla-başla mübarizə apardıq. Hər birinizə zəhmətiniz, səyləriniz fədakarlığınız üçün təşəkkür edirəm”. Eyni zamanda, dövlət başçısı vurğulayıb ki, mayın 14- əldə olunan uğuru daha böyük qələbə ilə taclandırmaq lazımdır.

Həmçinin may ayının 28- seçkilərin ikinci turunun keçiriləcəyini xatırladan Türkiyə liderinin sözlərinə görə, “Cümhur İttifaqısiyasətin mərkəzinə milli iradəni, ölkəyə millətə xidmət sevgisini qoymuş təşkilatdır.

İndiyə qədər bizə sahib çıxmış, lazım gələndə tanklara meydan oxumuş millətimizə minnətdarlıq borcumuzu ancaq daha çox işləyərək ödəyə bilərik. Türkiyə bizdən xidmət hərəkət gözləyir”, - deyə Ərdoğan əlavə edib.

Xatırladaq ki, Türkiyədə mayın 14- keçirilən seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50 faizdən çox səs qazanmadığı üçün səsvermənin ikinci turu mayın 28- keçiriləcək.

 

UKRAYNA ORDUSU BAXMUTUN 20 KVADRAT KİLOMETRİNİ AZAD EDİB

Ukrayna Silahlı Qüvvələri işğal altındakı Donetsk vilayətinin Baxmut şəhərinin 20 kvadrat kilometrini azad edib. “Reportun Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin müdafiə nazirinin müavini Anna Malyar bəyan edib.

Bununla yanaşı, nazir müavininin sözlərinə görə, Rusiya ordusu şəhərin daxilində irəliləməyə davam edir. O qeyd edib ki, şəhər artileriya zərbələri nəticəsində yerlə-yeksan edilir.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına əsasən, Ukrayna müdafiə qüvvələri əsas cəbhə xəttində - Liman, Baxmut, Avdiv Marində Rusiya ordusunun 49-dan çox hücumunun qarşısını alıb.

Eyni zamanda, bildirilir ki, Rusiya qoşunları Baxmut şəhəri mərkəzi ilə yanaşı, İvanovsk qəsəbəsi istiqamətində irəliləməyə cəhd göstərsələr , bu səyləri nəticəsiz qalıb.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin daha əvvəl Baxmutda əks-hücum əməliyyatına başladığı bildirilmişdi. Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24- başlayıb. 8 aydan çoxdur Baxmut şəhərində gərgin döyüşlər gedir.

 

EV: RUSİYA İRANIN ƏMƏKDAŞLIĞI QONŞULARI ÜÇÜN TƏHLÜKƏ YARADIR

Rusiya İran arasında hərbi əməkdaşlığın artması həm Ukrayna, həm İranın qonşuları üçün təhlükə yaradır. “Röytersagentliyinin verdiyi xəbərə görə, bunu Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi bildirib.

Mətbuat katibi qeyd edib ki, ABŞ Rusiya İranın rəsmi Moskvaya Ukraynadakı müharibəni davam etdirməsinə kömək edən İranın qonşuları üçün təhlükə yaradan görünməmiş hərbi tərəfdaşlığı genişləndirdiyinə dair daha çox əlamətlər müşahidə edir.

Ev rəsmisinin sözlərinə görə, əməkdaşlıq çərçivəsində İran Rusiyanı pilotsuz təyyarələrlə təmin edir, eləcə ötən ilin avqustundan indiyədək azı 400 ədəd texnika göndərib.

İranın Rusiyaya verdiyi əsas hərbi yardım pilotsuz uçuş aparatlarıdır. Kreml PUA-ların qabaqcıl növlərini almağa üstünlük verir”, - deyə Con Kirbi əlavə edib.

 

EVDƏ İTƏN ƏŞYALARI TAPMAQ ÜÇÜN ROBOT HAZIRLANIB

Alimlər demensiya xəstələri üçün evdə itən əşyaları axtarmağa kömək edən robot hazırlayıblar. Bu barədəSputnikinformasiya agentliyi məlumat yayıb.

Demensiya ya qocalıq demensiyası yaşlı insanlara təsir edən idrak funksiyasını azaldan xəstəlikdir. Bu səbəbdən xəstələr dərmanlar, telefon ya eynək daxil olmaqla, zəruri əşyalarını hara qoyduqlarını unuda bilərlər. Koqnitiv pozğunluqlar üzündən insanlar əşyanı görməyə ya səmərəsiz axtarış alqoritmindən istifadə edə bilərlər. Alimlər insanlara axtarışlarında kömək edə biləcək dost robotları proqramlaşdırmağın bir yolunu təklif ediblər. RobotFetchətrafdakı dünyanı kameraların köməyi ilə qavramaq qabiliyyətinə malikdir.

Məlumata əsasənsözügedən robot həm real dünya hadisələri üçün yaxşı yaddaşa sahib süni intellektə malikdir. Proqram bir obyekti digərindən ayırmağa imkan verən təsvirin tanınması alqoritminə əsaslanır. Onun köməyi ilə robot qeydə alınan videoya baxır hədəfdəki əşyanın harada olduğunu axtarır. Qeyd edilir ki, qrafik interfeys vasitəsilə istifadəçilər izləmək istədikləri əşyanı seçə bilərlər. Robot daha sonra konkret obyekti sonuncu dəfə vaxt harada müşahidə etdiyini göstərə bilər.

 

ABŞ-da İYUNUN 1-də DEFOLT BAŞ VERƏ BİLƏR

ABŞ-ın maliyyə naziri Canet Yellen ölkədə defoltun iyunun 1- ola biləcəyini təsdiqləyib. “Trendagentliyinin xəbər verdiyi kimi, o, bazar ertəsi həm hazırkı hakim Demokratik, həm müxalif Respublikaçı partiyalarını təmsil edən ABŞ Konqresinin rəhbərliyinə bu barədə xəbərdarlıq göndərib. “Artıq daha çox məlumat əldə olunduğuna görə qeyd etmək istəyirəm ki, biz hələ hesab edirik ki, Konqres iyunun əvvəli potensial olaraq iyunun 1- qədər borc maksimumunu artırmaq ya dayandırmaq üçün tədbirlər görməsə, Maliyyə Nazirliyi hökumətin bütün öhdəliklərini yerinə yetirə bilməyəcək”, - deyə Canet Yellenin müraciətində bildirilir.

Məlumat üçün qeyd edək ki, müraciət ilk növbədə Konqresin Nümayəndələr Palatasının spikeri respublikaçı Kevin Makkartiyə göndərilib.

Bu ərəfədə ABŞ prezidenti Cozef Bayden ölkədə defoltun qarşısını almaq üçün respublikaçılarla danışıqlarda irəliləyiş olmadığını bəyan etmişdi.

 

QARA DƏNİZ TAXIL TƏŞƏBBÜSÜ İLƏ BAĞLI RAZILAŞMA ƏLDƏ EDİLƏ BİLƏR

Qara Dəniz Taxıl Təşəbbüsünü davam etdirmək üçün bütün tərəflərin üzərinə düşən öhdəlikləri yerinə yetirəcəyinə ümidvarıq”. “Reportagentliyinin məlumatına görə, bunu BMT baş katibinin sözçüsü Stefan Düjarrik jurnalistlərə açıqlamasında bildirib.

Mətbuat katibinin sözlərinə əsasən, Qara Dəniz Taxıl Təşəbbüsü ilə bağlı müzakirələr davam edir mayın 18- razılaşma əldə olunması gözlənilir. “Bu razılaşmanın əldə olunması qlobal ərzaq qiymətlərini aşağı saxlamaq üçün vacibdir”, - deyə S.Düjarrik vurğulayıb.

Xatırladaq ki, Rusiya, Türkiyə, Ukrayna BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22- imzalanan taxıl sazişi Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur.

Xatırladaq ki, bundan əvvəl Rusiya Qara Dəniz Taxıl Təşəbbüsünün müddətini 60 gün, yəni mayın 18-dək uzadıb.

 

REMBRANDTIN 200 İL SONRA RƏSM ƏSƏRLƏRİ TAPILDI

Niderland rəssamı Rembrandt Harmenson van Reynin (1606-1669) əvvəllər məlum olmayan iki portreti 200 ildən sonra Böyük Britaniyada bir ailənin şəxsi kolleksiyasında aşkarlanıb. “Sputnikinformasiya agentliyinin verdiyi xəbərə görə, bu barədəFinancial Timesməlumat yayıb.

Verilən xəbərə görə, “Kristinin auksion evinin mütəxəssisləri niderlandlı rəssamın əsərlərinə qiymətləndirmə apararkən rast gəliblər. Hərrac evinin mətbuat katibi Henri Pettiferin sözlərinə görə, bu rəsmlərin əvvəllər heç vaxt araşdırılmaması onu təəccübləndirib.

Nəşrin yazdığına əsasən, həm hərrac evinin özü, həm Amsterdamda Rembrandtın yaradıcılığı üzrə ixtisaslaşmış incəsənət muzeyi rəsmlərin həqiqiliyini təsdiqləyib.

Hərrac evi indi iyul ayında Londonda satışa çıxarılacaq portretləri siyahıya alacaq. Bundan əvvəl onlar Nyu-York Amsterdamda nümayiş etdiriləcək. İki rəsmin təxmini dəyəri 5-8 milyon funt-sterlinq olacaq.

Hazırladı:

Vamiq ABBASOV,

Respublika”.