Ardıcıl iki il ərzində Rusiyadan taxıl rekordu
Dünya xəbərləri

Ardıcıl iki il ərzində Rusiyadan taxıl rekordu

Rusiya keçən il 100 milyon tona yaxın  taxıl məhsulu istehsal etməklə rekord nəticə əldə etmişdi. Rusiya bu il də təxminən 90 milyon ton istehsal ilə ikinci rekord səviyyə çatıb.

“Respublika” xəbər verir ki, bu barədə “Hürriyyət” nəşri məlumat yayıb.

Bildirilib ki, Rusiya taxıl anbarları doldurarkən, onun dünya bazarlarına necə çatdırılacağı hələ də bəlli deyil. Bu il Rusiyanın 90 milyon tona yaxın taxıl istehsal etdiyi qeyd olunsa da, rəqəmlər həm Moskva hökumətinin sərəncamında olan məhsulların satılmasının zəruriliyini, həm də bu sahədə dünyanın bir nömrəli ixracatçısı olan Rusiya taxılına qlobal ehtiyacı göstərir.

ABŞ Kənd Təsərrüfatı Nazirliyinin  yaydığı məlumata əsasən, keçən il 92 ilə 100 milyon ton arası taxıl istehsalı ilə rekorda imza atan Rusiya 2022-2023-cü illər arasında bu taxılın 46 milyon tonunu ixrac edən bu sahədə ilk ölkə olub. Rusiyadan sonra taxıl ixracında ən təsirli ölkələr olan ABŞ, Kanada və Avstraliyanın ixracatın 20 milyon tondan az olacağı proqnozlaşdırılsa da, ABŞ Kənd Təsərrüfatı Nazirliyi Rusiyanın bu il qlobal taxıl ixracatının 25 faizini əhatə edə biləcək ehtiyatlara sahib olduğunu söyləyib. Bu ölkələrdən sonra ən böyük ixracatçı olan Fransa və Ukraynanın təxminən 10 milyon ton ixrac edəcəyi gözlənilir.

Musa Bağırlı,

“Respublika”.