GÜNEYDƏN SƏSLƏR
Güneydən səslər

GÜNEYDƏN SƏSLƏR

Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev ötən il noyabrın 11- Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışında bəyan edib.

Dövlət başçısının bu fikri yaddaşımızı bir qədər təzələmək üçün sanki bir təkan oldu. Azərbaycanlıların daha kompakt yaşadığı Güney Azərbaycanını göz önünə gətirdik. Quzeydə hələ yetərincə tanınmayan Güney barədə düşüncələrimizin fonunda onun ədəbiyyatını, nəsrini, poeziyasını, yazar soydaşlarımızın mücadiləsini ifadə edən nümunələri xatırladıq.

Qəzetimizdə "Güneydən səslər..." rubrikası altında Güney ədəbiyyatının, folklorunun, mədəniyyətinin, incəsənətinin ən gözəl nümunələri ilə oxucularımızı da tanış edirik.

 

ELDAR MUĞANLI

1960- ildə Muğanın Parsabad bölgəsində dünyaya gəlib. İlk təhsilini burada alıb. Ana dilində yazdığı ilk əsərləri İran inqilabından sonra nəşrə başlayan dövrü mətbuatda çap olunub. Şeirlərinin bir hissəsi "Həyat yollarında" adlı kitabında (1990) nəşr edilib. "Sahir ədəbi-mədəni dərnəyi"nin idarə heyətinin üzvü Azərbaycan türkcəsində İranda 2018-ci ildən nəşr olunan "İşıq" jurnalının baş yazarı 2012-ci ildən fəaliyyət göstərən "İSHIQ" Azərbaycan ədəbiyyat incəsənət qrupunun yaradıcısıdır.

 

Dağlar qızı

Mən dağların qızıyam,

Al-qırmızı donum var.

Qan kimi qırmızıyam,

Məni sevər şən bahar.

 

Donum dağ yaraşığı,

Özüm yamaca bəzək,

Rəngim günəş işığı,

Görünürəm şəfəqtək.

 

Adımı bildinizmi,

Ay mehriban uşaqlar?

Qırmızıyam qan kimi,

Mənlə gözəldi dağlar.

 

Bilmədiniz? Qoy deyim:

- Qırmızı piyaləyəm.

 

Bahar fəsli gələrkən,

Dağda açan laləyəm.

 

AQŞİN AĞKƏMƏRLİ

1960- ildə Güney Azərbaycanda, Mişov dağlarının ətəklərində yerləşən İskəmər kəndində anadan olub. İbtidai, orta ali təhsil alaraq həkimlik peşəsinə yiyələnib. İxtisasca həkim olsa da, hobbisi şeir hekayə yazmaq, ədəbi əsərləri oxumaq olub. Hazırda Tehranın bir sıra universitetlərində Azərbaycan türkcəsini, eləcə zəngin tariximizi tədris edir. "Mişov" mədəniyyət kültür dərnəyinin yaradıcısıdır. Dərnəyin təsis etdiyi "Mişov dağı" jurnalı 20 ildən çoxdur ki, Azərbaycan (latın qrafikasında) fars dillərində çıxır. Jurnalın təsisçisi redaktoru A.Ağkəmərlidir. O, həm klassik şeir qəliblərində, həm sərbəst formalarda şeirlər yazıb.

 

Kibritçi qız

(Hans Andersendən iqtibas)

İlin son günləri, qışın şaxtası,

Qara bürünmüşdü onun daxması.

Dünyada yox idi onun kimsəsi,

ata-anası, bir yiyəsi.

 

Sovmuşdu beş qışın şaxtasın yalqız,

Bir uçqun daxmada qalırdı o qız.

Yollardan yetənə ağız açırdı,        

Ardınca düşərək sızqın qaçırdı -

Deyirdi:

Ay... ağa... xanım, ay... Xanım

Bir kibrit alınız!

Ucuzdur ....ucuz

....Axı, mən acam... susuz

Kibrit .....alınız!

Yoxmu insafınız?!!!

Gündüz kibrit satıb ömür sürürdü,

Şaxta süngü kimi canı dəlirdi.