Albaniyanın Baş nazirinin Azərbaycana işgüzar səfəri başa çatıb
Digər xəbərlər

Albaniyanın Baş nazirinin Azərbaycana işgüzar səfəri başa çatıb

Albaniya Respublikasının Baş naziri Edi Ramanın Azərbaycan Respublikasına işgüzar səfəri dekabrın 8-də başa çatıb.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Baş nazir Edi Ramanı Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər yola saldılar.

***

Qeyd edək ki, Albaniyanın Baş naziri Edi Rama dekabrın 7-də Azərbaycana işgüzar səfərə gəlmişdi.

AZƏRTAC