“Anadolu Qartalı - 2021” təlimində hava döyüşləri üzrə tapşırıqlar icra edilib
Digər xəbərlər

“Anadolu Qartalı - 2021” təlimində hava döyüşləri üzrə tapşırıqlar icra edilib

Türkiyənin Konya şəhərində müxtəlif ölkələrdən olan uçuş heyətlərinin iştirakı ilə keçirilən “Anadolu Qartalı - 2021” beynəlxalq taktiki-uçuş təlimində Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi pilotları növbəti tapşırığı icra ediblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan HHQ-nin hərbi pilotları şərti düşmənin yerüstü hədəflərini lazer müşahidə cihazları ilə aşkarlayaraq, onlara zərbələr endirib və hava döyüşlərinin aparılması üzrə tapşırıqları yerinə yetiriblər.

AZƏRTAC