AZƏRBAYCAN MUZEYLƏRİNİN TƏŞƏKKÜLÜ
Mədəniyyət

AZƏRBAYCAN MUZEYLƏRİNİN TƏŞƏKKÜLÜ

Tarixi mənbələrdən məlumdur ki, ölkəmizdə muzeylər keçmiş dövrlərdə müxtəlif hökmdarların saraylarında, məscid ibadət yerlərində, qiymətli əşyaların, sənət nümunələrinin qorunub saxlanması ilə yaranmışdır. XIX əsrin ortalarından Azərbaycanın ictimai-siyasi, sosial həyatında sürətlə cərəyan edən hadisələr muzey işinin təşəkkülünə təkan vermişdir. Ölkəmizdə ilk muzey 1896- ildə böyük ədibimiz Cəlil Məmmədquluzadə tərəfindən yaradılmışdır. O, müəllim işlədiyi Nehrəm kənd məktəbində Tarix-diyarşünaslıq Muzeyi yaratmış, burada əsasən tarix etnoqrafiyaya aid, həmçinin tədrislə bağlı materiallar toplamışdır. Muzeyşünas-alim tədqiqatçıların qənaətincə, məhz bu muzeylə Azərbaycanda muzeyşünaslığın təməli qoyulmuşdur.

XX əsrin əvvəllərində isə ölkəmizdə muzeyşünaslığın yaranması əsasən təlim-tədrislə bağlı olmuşdur. Filologiya elmləri doktoruədəbiyyatşünas, sənətşünaspublisist, tərcüməçi Adilxan Bayramov "Sənət, sənət məbədləri, sənət fədailəri" adlı əsərində yazır: "XX əsrin əvvəllərində Bakı şəhərində Xalq məktəbləri müdiriyyəti nəzdində Pedaqoji muzey fəaliyyət göstərmişdir. Həmin dövrdə Ümumrusiya Texniki Cəmiyyəti Bakı şöbəsinin nəzdində muzey yaradılmışdır".

Azərbaycanda Sovet dövrünə aid ilk muzeyin yaranması barədə mədəniyyətşünas Əntiqə Cəbrayılova qeyd edir ki, "Azərbaycan muzeylərinin müasir anlamda təşəkkül tapması XX əsrin ikinci onilliyinin əvvəllərinə təsadüf edir. "Doğma diyarın öyrənilməsi" adlı ilk muzey 1920-ci ildə Bakıda, ilk memorial muzey isə 1938-ci ildə Şəkidə yaradılıb. Azərbaycanda muzey fondu ölkə milyonçularının sovet hakimiyyətinin ilk illərində müsadirə edilmiş sənət əsərləri əsasında təşkil edilib.

Respublikamızda ilk rəsmi dövlət muzeyi isə Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılıb. Xalq Cümhuriyyəti dövründə tariximizin mədəniyyətimizin öyrənilməsi təbliğ olunması məqsədilə görülən mühüm işlərdən biri İstiqlal muzeyinin yaradılması olmuşdur.

İstiqlal muzeyi Azərbaycan Xalq Cümhuriyyətinin istilasından sonra 1920-ci ilin iyulunda "Azərbaycan Dövlət Muzeyi" adlanaraq fəaliyyətə başlamışdır. 1930-cu ildən yeni muzeylər yaradılmış, muzeyin profili dəqiqləşdirilərək "Azərbaycan Tarixi Muzeyi" adlandırılmışdır. 2004- ildə isə Azərbaycan Tarixi Muzeyinə Milli Muzey statusu verilərək Milli Azərbaycan Tarix Muzeyi adlanmışdır.

Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə mədəniyyətimizin milli irsimizin himayədarı olmuşdur. Mübaliğəsiz desək, ölkəmizdə muzey işinin təşəkkülü inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımızın milli tarixi mədəni irsinin qorunmasında muzeylərin dəyərini dərindən həssaslıqla duyan ulu öndər respublikada muzeylər şəbəkəsinin genişləndirilməsini, onun maddi-texniki bazasının gücləndirilməsini daim diqqətdə saxlayıb. Bu məqsədlə mühüm qərar sərəncamlar imzalanıb. Dahi rəhbər həmişə bu sahədə çalışanlara dayaq olur, mədəniyyət, o cümlədən muzey işçilərinin fəaliyyətini yüksək dəyərləndirirdi. Məhz onun təşəbbüsü ilə 1969-cu ildə "Respublikada muzey işinin yaxşılaşdırılması haqqında" qərar qəbul edilib. Bu sənəd ölkəmizdə muzeylərin inkişafına, maddi-texniki bazasının möhkəmləndirilməsinə, onların şəbəkəsinin genişləndirilməsinə təkan verib. 1980-ci ildə muzey işinə dair növbəti qərar qəbul edilib, Respublika Mədəniyyət Nazirliyinin muzeylər idarəsi, muzey işi üzrə elmi-metodiki mərkəz, muzey ekspozisiyalarının bədii tərtibatı emalatxanası, muzey sərvətləri xatirə əşyalarının bədii bərpa mərkəzi təşkil olunmuşdur.

Arxiv sənədlərinə əsasən demək olar ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə respublikamızda muzey işinin təşəkkülundə yeni sıçrayış baş vermişdir. Professor Sabir Əmirxanov "Azərbaycanda muzeyşünaslığın aktual problemləri" adlı monoqrafiyasında bu haqda yazır ki, Azərbaycanda muzeylərin inkişafının üçüncü mərhələsinə - 1969-1991-ci illər mərhələsinin gedişatına diqqət yetirdikdə aydın olur ki, bu illər ərzində Azərbaycanda muzeylər sürətlə inkişaf edib. Yəni əgər Azərbaycanda 1968-ci ildə cəmi 38 muzey fəaliyyət göstərirdisə, 1983- ildə bu say 90-na çatmışdır

Qeyd etmək lazımdır ki, ulu öndər Heydər Əliyev muzey işçiləri ilə keçirilən görüşlərdə muzeylərin əhəmiyyətini, onların gənc nəslin təlim-tərbiyəsində maariflənməsində böyük rolunu hər zaman xüsusi vurğulayır, önə çəkirdi. Naxçıvan MR ədəbiyyat muzeyinin direktoru, muzeyşünas Sübhü Kəngərli "Heydər Əliyev muzeylərimizin yaradıcısı memarıdır" adlı tədqiqat əsərində yazır: "Respublika muzey işçilərinin 1982-ci ildə keçirilmiş müşavirəsində Heydər Əliyev respublikada muzey işinin, muzeyşünaslığın daha da inkişaf etdirilməsi, təkmilləşdirilməsini, tarix-diyarşünaslıq muzeylərinin əhəmiyyətini qeyd edərək demişdir: Muzeylər mühüm mədəniyyət ocaqlarına, zəhmətkeşlərin, xüsusilə cavan nəslin ideya-siyasi mənəvi tərbiyəsinin mərkəzinə çevrilməlidir. Muzeylər söz yox ki, hər bir vətəndaşın öz diyarının, kəndinin tarixinə bələd olması üçün vacibdir. Bir sözlə, tarix-diyarşünaslıq muzeylərini təşkil etməyin zəruriliyi göz qabağındadır".

Tarix-diyarşünaslıq muzeylərinin əhəmiyyətini nəzərə alaraq Heydər Əliyevin təşəbbüsü ilə 1980-1982-ci illərdə rayon mərkəzlərində 30-dək yeni tarix-diyarşünaslıq muzeyi yaradılmışdır. Onu da qeyd etmək lazımdır ki, ölkəmizdə Xatirə muzeylərinin təşəkkül tapması da ulu öndərin Azərbaycana rəhbərlik etdiyi birinci ikinci dönəmlərə təsadüf edir. Bu muzeylər Heydər Əliyevin şəxsi iradəsi ilə yaradılmış onların təntənəli açılış mərasimlərində şəxsən özü iştirak etmişdir. Ümumilikdə Heydər Əliyevin ölkəmizə birinci rəhbərliyi dövründə 120- yaxın müxtəlif profilli muzey təşkil edilmişdir.

Ölkəmiz öz müstəqilliyini bərpa etdikdən sonra mədəniyyət sahəsində müstəqil siyasət yeritməyə başladı. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyasında mədəni dəyərlərə dövlət qayğısı haqqında müddəalar  öz əksini tapdı. "Mədəniyyət haqqında", "Tarix mədəniyyət abidələrinin qorunması haqqında", "Muzeylər haqqında" s. qanunlar qəbul olundu. Ölkəmiz mədəni dəyərlərin qorunması bərpası ilə məşğul olan bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlıq etməyə başladı. Ümummilli liderin müstəqil Azərbaycana rəhbərliyə qayıdışından sonra isə muzeylərin fəaliyyətində əsaslı dönüş yaranmışdır. Muzey işinin müasir prinsiplər əsasında inkişaf etdirilməsi məqsədilə bir sıra qanunlar qəbul edilir, müvafiq addımlar atılır. Bu tədbirlər  Azərbaycan Respublikasında muzeylərin fəaliyyətinin təşkilati-hüquqi iqtisadi əsaslarını müəyyən edir, onlarla bağlı münasibətləri tənzimləyir. Professor Sabir Əmirxanov yazır ki, "1993- ildə ikinci dəfə xalqımız tərəfindən hakimiyyətə gətirilən ümummilli lider Heydər Əliyevin fəaliyyətində Azərbaycanda muzey işinin tarixi inkişafı mühüm yer tutur. Yuxarıda da qeyd edildiyi kimi, 1969-1982-ci illər ərzində muzeylər şəbəkəsinin sürətlə artması, Azərbaycan muzeyşünaslığının inkişafı, 1993- ildən sonrakı illərdə, ikinci hakimiyyəti dövründəki muzey işinin ildırım sürətli tərəqqisi bunun bariz nümunəsidir. Hələ 1981-ci ildə Bakıda Hüseyn Cavidin ev-muzeyinin yaradılması haqqında qərarın qəbul edilməsi, 1993- ilin dekabrında Nazirlər Kabinetində muzey işçilərinin Respublika müşavirəsinin keçirilməsi, bu müşavirənin təklif tələblərinin həlli istiqamətində 1994- ildə Azərbaycan hökuməti tərəfindən "Respublikada muzey işinin vəziyyəti onu yaxşılaşdırmaq tədbirləri haqqında" qərarın qəbul edilməsi, 1998-ci il sentyabrın 18- musiqi günündə Bakıda mayestro Niyazinin xatirə muzeyinin, Cəlil Məmmədquluzadənin ev-muzeyinin açılışlarının böyük təntənə ilə qeyd olunması məhz ulu öndərin adı ilə bağlıdır.

Onu qeyd etmək kifayətdir ki, əgər 1993- ildə Azərbaycanda muzeylərin sayı 115 ədəd olmuşdursa, təkcə bir il ərzində, yəni 1994- ildə bu rəqəm 135-ə, 1995-ci ildə isə 145-ə çatmışdır. Profillərinə görə ən çox artan muzeylər sırasında əsasən tarix, diyarşünaslıq, memorial sənətşünaslıq muzeyləri olmuşdur.

Fikrimizcə muzeyşünaslıq istiqamətində görülən tədbirlərin ən əhəmiyyətlisi muzey işinin inkişaf etdirilməsi məqsədilə 24 mart 2000-ci ildə qəbul olunmuş "Muzeylər haqqında" Qanunun qəbul edilməsidir. 2000-ci illərin əvvəllərindən yaradılmış ümummilli liderimiz Heydər Əliyevin ömür yolunu fəaliyyətini canlandıran muzeylər xüsusi yer tutur.

Ümummilli lider Heydər Əliyev tərəfindən muzey işinin inkişafı üzrə müəyyən edilmiş prioritetlər bu gün Azərbaycan Respublikası Prezidenti İlham Əliyev, eləcə ölkəmizin birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə fəaliyyət göstərən Heydər Əliyev Fondu tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının son illər imzaladığı sərəncamlar bu qayğının bariz ifadəsidir. Dövlət başçımızın imzaladığı "Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində İstiqlal Muzeyinin yaradılması İstiqlal abidəsinin ucaldılması haqqında", "Müasir İncəsənət  Muzeyinin yaradılması haqqında", "Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında", "Azərbaycan Respublikasındakı monumental heykəltəraşlıq abidələri, xatirə-memorial memarlıq kompleksləri haqqında", o cümlədən "Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında", Bakı şəhərində "Vətən Müharibəsi Memorial Kompleksinin Zəfər muzeyinin yaradılması haqqında", sərəncamlarının məqsədi icrası milli irsimizin, tariximizin, mədəniyyətimizin qorunması inkişafına böyük təkan verir.

Hazırda respublikamızda 250-dən çox dövlət şəxsi muzeylər mövcuddur. Muzey işinin dünya standartları səviyyəsinə çatdırılmasına, yeni muzey binalarının tikintisinə, əsaslı təmir işlərinin aparılmasına, muzeylərin maddi-texniki bazasının möhkəmləndirilməsinə, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə, mədəni xidmət işinin keyfiyyətinin yüksəldilməsinə böyük imkanlar yaranmışdır bu istiqamətdə çoxşaxəli aparılır. Bu gün Azərbaycan muzeyləri  milli dəyərlərimizin, milli irsimizin tariximizin mühafizəsini həyata keçirir ideoloji məkan olaraq azərbaycançılıq məfkurəsini uğurla təbliğ edir.

Seyid CABBAROV,

Quba şəhərində "Soyqırımı Memorial

Kompleksi"nin Elmi Araşdırmalar,

Ekspozisiya Fond Şöbəsinin əməkdaşı.