Azərbaycanı dünyaya tanıdan Lider
Digər xəbərlər

Azərbaycanı dünyaya tanıdan Lider

Azərbaycanı dünyaya tanıdan lider Heydər Əliyevin həyatı siyasi fəaliyyəti xalqımızın çoxəsrlik dövlətçilik tarixinə qızıl hərflərlə yazılıb. Dahi şəxsiyyətin qətiyyəti, cəsarəti uzaqgörənliyi nəticəsində Azərbaycan ötən əsrin sonlarında çox ağır sınaqlardan şərəflə keçib, müstəqilliyini itirmək təhlükəsindən qurtulub, vətəndaş müharibəsinin qarşısı alınıb, respublikamızda ictimai-siyasi sabitliyə nail olunub.

 Füzuli Rayon İcra Hakimiyyəti YAP rayon təşkilatı tərəfindən ulu öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar "Heydər Əliyev Azərbaycançılıq məfkurəsi" adlı konfrans keçirilib. Konfransda rayon rəsmiləri, rayonun bir qrup tanınmış ziyalısı, şəhid ailələri, qazilər ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə konfrans iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzüb, dahi şəxsiyyətin əziz xatirəsini dərin hörmət ehtiramla yad ediblər. Sonra rayon icra hakimiyyətinin başçısı Alı Alıyev tədbirdə çıxış edərək Prezident İlham Əliyev tərəfindən 2023- ilin respublikamızda "Heydər Əliyev İli" elan edilməsi füzulililər tərəfindən rəğbətlə qarşılanıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi nəticəsində qazandığımız böyük Zəfərin ulu öndər Heydər Əliyev siyasətinin təntənəsi olduğu bir daha diqqətə çatdırılıb. Konfransda mövzu ilə əlaqədar məruzələr dinlənilib.

***

Ağdam rayonu Quzanlı qəsəbəsindəki Heydər Əliyev Mərkəzində dahi şəxsiyyətin 100 illik yubileyi münasibətilə "Heydər Əliyev Respublika Veteranlar Təşkilatının yaradıcısıdır" mövzusunda konfrans keçirilib. Müharibə veteranlarının, qazilərin, ictimai təşkilatların rayon ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə ulu öndərin Quzanlı qəsəbəsində ucaldılmış abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb. Rayon icra hakimiyyətinin dəstəyi, Azərbaycan Respublikası Müharibə, Əmək Silahlı Qüvvələr Veteranları Təşkilatının Ağdam rayon şöbəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə ümummilli lider Heydər Əliyevin şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Salman ALIOĞLU,

"Respublika".