Azərbaycanın qətiyyətli mövqeyi: sülh və sabitlik
Siyasət

Azərbaycanın qətiyyətli mövqeyi: sülh və sabitlik

Ölkəmizin ədalətli təklifi regionun inkişafına rifahına zəmanətdir

"2022-ci ildə Praqa Soçidə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü suverenliyini tanımasına baxmayaraq, hələ öz qoşunlarını tam olaraq Azərbaycan ərazilərindən çıxarmamışdır. Qarabağda qanunsuz erməni dəstələri kriminal ünsürlər qalmaqdadır".

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev martın 16-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə çıxışında deyib. Ölkə başçısı qeyd edib ki, Ermənistan həm Zəngəzur dəhlizinin açılması öhdəliyindən yayınır. Beləliklə, Ermənistan 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatı kobudcasına pozur buna görə məsuliyyət daşımalıdır.

Regionda sabitlik təhlükəsizlik sülh əməkdaşlıqdan asılıdır. Cənubi Qafqazda münaqişələrin həlli bölgənin inkişafına rifahına təkan verər, bununla da qlobal təhlükəsizlik zəncirinin bir hissəsinə çevrilə bilər. Ermənistanın pozuculuq fəaliyyətinə son verməsi, region dövlətləri ilə dinc yanaşı yaşama prinsiplərinə əsasən davranması mühüm şərtlərdən sayılır. Birmənalı olaraq qeyd etmək lazımdır ki, Cənubi Qafqazda sülhün təhlükəsizliyin təminatı yalnız Azərbaycanın sülh razılaşmasına dair irəli sürdüyü təkliflər əsasında mümkün ola bilər. Bunun üçün Ermənistan üzərinə götürdüyü öhdəlikləri, o cümlədən 2020-ci il noyabrın 10-da Moskvada Azərbaycan Rusiya prezidentləri, eləcə Ermənistanın baş naziri tərəfindən imzalanmış Bəyanatın şərtlərini yerinə yetirməlidir. Amma kapitulyasiya aktını imzalayan rəsmi İrəvan sənədin müddəalarına əməl etmir. Bununla regionda sabitliyi təhdid edir. Belə görünür ki, rəsmi İrəvana havadarları yenə hansısa yalan vədlər veriblər.

Bir əsrdən artıq yalanlar xülyalarla böyüyən nəslə 44 günlük müharibə gerçəkliyi başa saldı. Azərbaycanın Qarabağ Zəfərindən sonra regionda yeni reallıqlar yarandı. Qalib ölkəmiz proseslərə humanist yanaşaraq Ermənistan tərəfinə sülh təklif etdi. Beləliklə, postmünaqişə dönəmində Azərbaycanın həyata keçirdiyi sistemli işlər nəticə etibarilə onun düzgün yolda olduğunu nümayiş etdirirAzərbaycan regiona uzunmüddətli sülhü gətirmək ermənilərin 30 il ərzində talan edib dağıtdıqları, viran qoyduqları əraziləri yenidən cənnətə çevirmək istəyir. Amma dünyada keçmiş sovet məkanındakı mövcud vəziyyətdən Ermənistan hələ nəticə çıxara bilmir. Ölkənin Baş naziri Nikol Paşinyan Parislə Moskva arasında vurnuxur. Qərbə vədlər verib Rusiyanın ətəyindən yapışır.

Dövlət başçısı qeyd edib ki, Ermənistan postmüharibə dövrünü düzgün təhlil etməli, Azərbaycanla münasibətləri normallaşdırmaq üçün daha çox səy göstərməlidir. Çünki bu, onlar üçün önəmlidir. Biz bunsuz da yaşaya bilərik, necə ki, yaşamışıq, indi yaşayırıq. İndi daha yaxşı yaşayacağıq. Çünki o böyük əraziyə yenə sahib olduq, öz doğma torpağımıza qayıtdıq. Onların durumu daha da pisləşdi. Ona görə daim münaqişədə olmaq, qonşularla əsassız, saxta tarix əsasında gələcək əlaqələri planlaşdırmaq çox yanlış bir addımdır. Ermənistanın baş naziri Nikol Paşinyanın mətbuat konfransı zamanı Azərbaycana qarşı səsləndirdiyi tamamilə əsassız tarixi faktları kobudcasına təhrif edən iddiaları bölgədə sülhün bərqərar edilməsi prosesinə növbəti zərbədir. Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, Nikol Paşinyanın bu günədək müxtəlif beynəlxalq platformalarda verdiyi vədlərdən üzərinə götürdüyü öhdəliklərdən boyun qaçıraraq həyata keçirdiyi anti-Azərbaycan kampaniyası, o cümlədən sülh sazişi üzrə danışıqları beynəlxalq vasitəçilərin səylərini heçə endirən ritorikası Ermənistan üçün heç bir xeyirli gələcək vəd etmir.

Ermənistan rəhbərliyinin azərbaycanlıların təhlükəsiz ləyaqətli şəkildə öz doğma torpaqlarına geri qayıtması hüququnu təkzib etməsi, yüz minlərlə azərbaycanlının daxil olduğu Qərbi Azərbaycan İcmasının dialoqa çağırışına Ermənistanın qarşı çıxması, bu hüquqların tələbinin "ərazi iddiası" kimi təqdim edilməsi Ermənistanın "insan hüquqları"na heç bir dəyər verməyən "etnik təmizləmə əsasında monoetnik dövlət titulu"nu qorumaq üzrə məkrli siyasətinin bir göstəricisidir. Ermənistan baş nazirinin növbəti dəfə erməni sakinlərlə dialoq məsələsinə müdaxilə etməyə çalışması, Azərbaycanın Qarabağ bölgəsi üzərində beynəlxalq səviyyədə tanınmış suverenliyinə ərazi bütövlüyünə qarşı təxribat dolu bəyanatlar səsləndirməsi, "Qarabağın xalqı hökuməti" kimi ifadələr işlətməsi qəbuledilməzdir"."Erməni əsilli sakinlərin reinteqrasiyası üzrə müzakirənin Azərbaycanın daxili işi olduğu kənar dövlətlərin bu məsələdə heç bir rolunun olmadığı barədə mövqeyimizə Ermənistanın məhəl qoymaması, onun "xalqların öz müqəddəratlarını təyin etməsi" prinsipi pərdəsi altında 90- illərin əvvəllərində ölkəmizə qarşı başlatdığı təcavüz siyasətindən əl çəkmədiyindən xəbər verir. Ermənistan baş naziri anlamalıdır ki, Qarabağ bölgəsinin erməni sakinlərinin hüquqları bölgənin azərbaycanlı əhalisinin hüquqlarından heç zaman üstün ola bilməz Azərbaycan ərazisində yaşayan müxtəlif etnik xalqlara münasibətdə yalnız bərabər yanaşma tətbiq edir edəcək. İndiyə qədər heç bir razılaşmaya öhdəliyə riayət etməyən Ermənistanın Azərbaycanı xəyali razılaşmaları inkar etməkdə təqsirləndirməsi, Azərbaycanın sərhədyanı bölgələrdə vəziyyəti gərginləşdirəcəyini iddia etməsi yalnız yalnız Ermənistanın öz mümkün hərbi təxribatlarını ört-basdır etməyə yönəlmiş bir addımdır.

Rəsmi Bakının ədalətli mövqeyinə baxmayaraq, Ermənistanın bu addımları regionda sülh, təhlükəsizlik əməkdaşlığın reallaşdırılmasına başlıca əngəl olmaqda davam edir. Beynəlxalq ictimaiyyət Ermənistanın öhdəliklərini kobud şəkildə pozmasına göz yummamalı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini tələb etməlidir. Ötən ilin dekabr ayında sülh sazişi üzrə danışıqlardan imtina edən Ermənistan tərəfinin Avropa İttifaqının vasitəçilik səylərinə müxtəlif bəhanələrlə qarşı çıxması, onun 30 ilə yaxın müddətdə işğal dövründə danışıqlara maneələr yaradılması təcrübəsindən əl çəkmədiyini nümayiş etdirir. Ermənistan baş nazirinin yalnız Ermənistanın təkliflərinin qeyd olunduğu Azərbaycanın təkliflərinin nəzərə alınmadığı layihəni imzalamağa hazır olduğunu bəyan etməsi  onun sülh prosesinə laqeyd yanaşmasının növbəti sübutudur. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanın sülh müqaviləsi ilə bağlı təkliflərinin hüquqi sənəd üçün zəmin yaradacağını qeyd edib. Tərəflərin mövqelərinin yaxınlaşması üçün hər şey edilməlidir. Azərbaycanın bölgədə sülh təhlükəsizliyin bərqərar edilməsi niyyəti sülh quruculuğu təşəbbüsləri qarşılığında Ermənistanın öz öhdəliklərinə zidd olaraq destruktiv fəaliyyəti davam etdirməsi, Azərbaycanın suverenliyinə ərazi bütövlüyünə qarşı bəyanat addımları bölgədə sülhün bərpasına xidmət etmir. Azərbaycan beynəlxalq hüququn ona verdiyi əsasla müvafiq sülh quruculuğu tədbirlərini davam etdirəcək.

Mustafa KAMAL,

"Respublika".