Dosta güvən, dünyaya örnək Qüdrətli Türkiyə
Türk dünyası

Dosta güvən, dünyaya örnək Qüdrətli Türkiyə

Mayın 14- keçirilən Prezident Parlament seçkiləri bunu bir daha təsdiq etdi

M ayın 15- Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edən Azərbaycan Prezidenti İlham Əliyev  qeyd edib ki, Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə böyük inkişaf yolu keçib bunun təzahürü olaraq qardaş türk xalqı öz liderinə bu seçkilərdə etimad göstərib. Dövlət başçısı Türkiyədə keçirilən prezident parlament seçkilərində səs çoxluğu qazanması münasibətilə Prezident Ərdoğanı Cümhur İttifaqını təbrik edib.

Seçkilər istənilən dövlət üçün demokratiya yolunda imtahan sayılır. Bu, demokratiya sahəsində əsrlərlə ənənəsi olan Qərb, bu dəyərlər sisteminə yeni qoşulan ölkələr, hətta yüz yaşlı Türkiyə Cümhuriyyəti üçün belədir. Türkiyə Cümhuriyyəti yaradılmasının 100- illiyində demokratiyaya sadiqliklə bağlı daha bir sınaqdan keçdi. Türkiyə regionda dünyada baş verən çox mürəkkəb hadisələr fonunda 14 mayda demokratik seçkilər keçirməklə bu dəyərlər sisteminə, Mustafa Kamal Paşa Atatürkün "Respublika rejimi dedikdə demokratik sistemə malik dövlət forması nəzərdə tutulur" kəlamına sadiqliyini bir daha ortaya qoydu.

Ən yüksək təşkilatçılıq seçicilərin fəallığı şəraitində keçən Prezident Parlament seçkiləri Türkiyə dövlətinin demokratiya insan haqlarının təminatçısı olduğunu bütün dünyaya nümayiş etdirdi. Türkiyə əhalisi sabitliyə, inkişafa səs verdi. Bütün dünyanın diqqətlə izlədiyi bu seçkidə türk xalqı qələbə çaldı. Türkiyədə parlament seçkilərində əhalinin böyük çoxluğu Cümhur İttifaqına etimad göstərdi. Türkiyə xalqı Ərdoğanın siyasətini bir daha dəstəklədi. Seçkilərin 2-ci turunda da Rəcəb Tayyib Ərdoğanın qələbəsi üçün möhkəm zəmin yaratdı.

Bu il 100 yaşını qeyd edən Türkiyə Cümhuriyyəti əhalinin coşqusu  Türkiyə Prezidentinə sevgisi ilə  yüksək səviyyədə baş tutmuş Prezident Parlament seçkiləri ilə dünyaya demokratiya dərsi keçdi. 21 illik Ərdoğan iqtidarının xalqın böyük əksəriyyətinin etimadını qazanması mövcud siyasi elitaya Türkiyə cəmiyyətinin inamının göstəricisidir. Bu seçkilər nəticəsində qardaş Türkiyə daha da güclənəcək. Qarşıdan gələn illərdə Ərdoğan siyasəti Türkiyənin siyasi-iqtisadi mədəni-sosial yüksəlişini təmin edəcək. Beynəlxalq siyasət meydanında Türkiyənin milli maraqları Ərdoğan hakimiyyəti tərəfindən daha etibarlı şəkildə qorunacaq. Türkiyə dövlətinin dünya miqyasındakı rolu mövqeyi artmaqda davam edəcək.

Son 21 ildə Türkiyənin istər beynəlxalq münasibətlər sistemində, istər qonşuluq çərçivəsində artan hərbi-siyasi imkanlarını nəinki regionda, bütövlükdə dünyada güclənən nüfuzunu görməmək mümkün deyil. Bu illər ərzində Ankara keşməkeşli yollardan keçib. Türkiyədə meşə yanğınları, sel daşqınları oldu bunların öhdəsindən layiqincə gəldi. Əsrin ən böyük zəlzələsi qardaş ölkədə oldu. Türkiyə dövləti bütövlükdə prosesi nəzarətə götürdü. Azərbaycan Türkiyəyə yardım edən ilk dövlət oldu.

Türkiyə gündən-günə güclənən, sürətlə inkişaf edən, beynəlxalq aləmdə söz sahibi olan ən qüdrətli ölkələrdən birinə çevrilib. Bu gün siyasi, iqtisadi, hərbi, texnoloji digər sahələrdə əldə etdiyi mühüm nailiyyətləri ilə qardaş Türkiyə ən qabaqcıl ölkələr sırasındadır. Dünyada sülhün sabitliyin bərqərar olması naminə ardıcıl qətiyyətli mövqeyi ilə beynəlxalq müstəvidə yüksək nüfuz hörmət qazanıb. Qazanılan uğurların təməlində Rəcəb Tayyib Ərdoğanın zəhməti yorulmaz əməyi, onun müdrik rəhbərliyi ilə aparılan dövlət siyasətinə türk xalqının böyük etimadı dəstəyi dayanır. Türkiyə Prezidenti, böyük siyasi dövlət xadimi Rəcəb Tayyib Ərdoğan ilə xalqın birliyi həyatın bütün sahələrində möhtəşəm uğurlara gətirib çıxarıb.

Türkiyənin hərbi gücünü, müdafiə sənayesi sahəsində böyük uğurlarını bütün dünya görür. Bu illər ərzində Türkiyədə davamlı sabitliyin təmin olunması, ölkənin inkişafı bütün türk dünyası üçün önəmli şərtdir. İqtisadi, siyasi hərbi sahədə ciddi uğurlara imza atan qardaş Türkiyə bu gün dünyada söz sahibi olan dövlətlər sırasında yer alır. Regionda hətta ətraf bölgələrdə Türkiyənin iştirakı olmadan hansısa mühüm layihənin icrası faktiki olaraq mümkün deyil. Onu da qeyd edək ki, Türkiyə NATO-da say tərkibinə görə ikinci böyük orduya malik olan bir dövlətdir. NATO-nun baş katibi Yens Stoltenberq öz çıxışlarında Türkiyəni NATO-nun vacib üzvü adlandırıb. O, etiraf edib ki, NATO Türkiyə olmadan zəif görünər. Türkiyədə dünyanın ilk hərbi PUA gəmisinin, "TCG Anadolu"nun fəaliyyətə başlaması dünyanın diqqətini cəlb edib. Bir çox ekspertlər gəminin ordunun arsenalına daxil edilməsi ilə Türkiyənin mövcud donanma potensialını artıracağını, dənizlərdə aviasiya üstünlüyünü təmin edəcəyini açıqlayırlar.

Bu gün Azərbaycan da daxil olmaqla Türkiyənin bir çox dünya ölkələrinə ixrac etdiyi müdafiə sənayesi məhsulları kifayət qədər strateji əhəmiyyətə malikdir. Xüsusən, həm "Bayrakdar" şirkətinin, həm Türkiyənin Müdafiə Sənayesi Nazirliyinin bu sahəyə etdiyi yatırımlar nəticəsində qardaş ölkə hərbi sənaye məhsulları baxımından dünyanın ən çox diqqət cəlb edən dövlətinə çevrilib. Pilotsuz uçuş aparatlarının uğurlu tətbiqindən sonra dünyada məşhurlaşması qardaş ölkənin imkanlarını xeyli genişləndirib. Bu gün rəsmi Ankara hərbi sənaye məhsulları sahəsində dünyanın öncül sıralarında yer alıb. Pilotsuz uçuş aparatları sahəsində böyük uğurlar qazanan Türkiyə indi bu sahə üzrə ixtisaslaşan ilk böyük hərbi gəmini ordusunun arsenalına daxil edir. Ən böyük təyyarə olan "Akınçı" da qardaş ölkə tərəfindən dünyaya təqdim olundu. Türkiyənin hərbi sənaye kompleksi son zamanlar yüksək templə inkişaf etməkdədir. "Bayraktar", "Aksunqur", "Akıncı", "Kızılelma" da daxil olmaqla pilotsuz döyüş aparatları Türkiyənin dünya çapında mövqelərini daha da möhkəmləndirir. Türkiyə ilk dəfə olaraq milli avtomobili "Togg"un kütləvi istehsalına başladı. 60 illik gecikmədən sonra olsa da dünyanın nüvə gücü ölkələri liqasına yüksəldi. Akkuyu Atom Elektrik Stansiyası istifadəyə verildi.

Türkiyənin dostları ilə bərabər, düşmənləri bu reallığın fərqindədir hazırda Türkiyədə gərgin siyasi dövrdən maksimum yararlanmağa çalışılır. Lakin şübhə yoxdur ki, qardaş Türkiyə bütün xarici təsirləri dəf edərək özü üçün ən xeyirlisini seçməyi bacaracaq. Siyasətçilər Rəcəb Tayyib Ərdoğanın bundan əvvəl ümumxalq səsverməsi yolu ilə prezident seçilməsindən sonra Türkiyənin siyasi mühitində yaranmış yeni mənzərəni Azərbaycan-Türkiyə münasibətlərinin strategiyasında yeni bir inkişaf mərhələsinin başlanğıcı olduğunu önə çəkirlər. Bildirilir ki, Prezident İlham Əliyev ilə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın şəxsi dostluq münasibətləri Azərbaycan-Türkiyə qardaşlığını daha sıx tellərlə bir-birinə bağlayan mühüm amildir.

Rəcəb Tayyib Ərdoğanı Azərbaycanla münasibətləri yüksək qiymətləndirən, türk dünyasının birliyini möhkəmləndirməyə çalışan bir siyasətçi kimi xarakterizə etmək olar. Onun Ermənistanla münasibətlərin bərpasının yalnız Azərbaycanla normallaşdıqdan sonra mümkünlüyü barədə vaxtaşırı verdiyi bəyanatlar da ölkəmizə qədər önəm verdiyini göstərir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanda elə bir şəxs tapmaq olmaz ki, Türkiyəni sevməsin, onun uğurunu öz uğuru hesab etməsin. Son 21 ildə Azərbaycan Türkiyə arasında əməkdaşlıq ən yüksək səviyyəyə çatıb. Əməkdaşlığın güclənməsində hər iki ölkə Prezidentinin əvəzsiz rolu olub. İki liderin ortaya qoyduğu güclü iradə siyasi iqtisadi əlaqələr başda olmaqla bütün sahələrə öz töhfəsini verib. Tez-tez görüşlər keçirən iki ölkə lideri əməkdaşlığı artırmaq üçün strateji planlar hazırlayıblar. Dövlət başçılarının görüşlərində hər zaman ortaq dəyərlər vurğulanaraq qarşılıqlı əlaqələrin möhkəmlənməsi üçün səy göstərilib. Aparılan düzgün siyasət hər iki ölkənin regional qlobal səviyyədə siyasi mövqelərini gücləndirib. Regionda təhlükəsizliyin, sabitliyin bərqərar olması, regional nəqliyyat-logistika imkanlarının dəyərləndirilməsi, birgə layihələrin icrası hər iki ölkənin region üzərində təsir imkanlarının artması üçün güclü potensial yaradıb. Bu, eyni zamanda başqa ölkələrin regiona təsir imkanlarını da məhdudlaşdırıb.

Azərbaycanla Türkiyəni tarixi dostluq, qardaşlıq ənənələri birləşdirir. Bununla yanaşı, hazırda regional qlobal müstəvilərdə müşahidə edilən ziddiyyətli geostrateji proseslər fonunda Türkiyə-Azərbaycan strateji müttəfiqliyinin önəmi daha aydın şəkildə nəzərə çarpır. Açıq şəkildə görünür ki, Xəzər Qara dəniz hövzələrini əhatə edən böyük bir coğrafiyada siyasi proseslərin gedişini, iqtisadi inkişafı, təhlükəsizlik məsələlərini Azərbaycan-Türkiyə əməkdaşlığından kənarda təsəvvür etmək belə mümkün deyil. Azərbaycanın Türkiyənin öz tərəfdaşları ilə birlikdə reallaşdırdıqları nəqliyyat, enerji layihələri böyük regional, qlobal əhəmiyyət daşıyır, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Əməkdaşlıq əlaqələrini getdikcə genişləndirən iki dost, qardaş strateji tərəfdaş ölkə bütün məsələlərdə bir-birinə qətiyyətli dəstək göstərir. Azərbaycanla Türkiyənin siyasi, iqtisadi başqa sahələrdə əlaqələri bütün ölkələr üçün örnəkdir.

"Bu gün Türkiyə Avrasiyanın ticarət, enerji, nəqliyyat, siyasi mərkəzidir. Türkiyənin önəmi, rolu gündən-günə artır". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev İstanbulda keçirilən TEKNOFEST aerokosmik texnologiya festivalında çıxışında bildirib. Dövlətimizin başçısı qeyd edib ki, Türkiyənin güclü sənayesi həm Türkiyəni, həm müttəfiqlərini gücləndirir. Türk ordusu bu gün dünya çapında ən öndə olan orduların sırasındadır: "Ən inkişaf etmiş, ən çağdaş, ən modern müdafiə sənayesi həm Türkiyəni, həm bizi gücləndirir. Bu, uzun illər bundan sonra Türkiyənin güvənliyini təmin edəcəkdir", - deyə dövlətimizin başçısı vurğulayıb.

"Artıq 28 May üçün işə başlamışıq. Bu gün bütün liderlərlə görüşlərim oldu. Qarşıdakı 12 gündən yaxşı istifadə edəcəyik". Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "CNN Türk" "Kanal D"nin ortaq yayımında deyib. "Mən həftəsonu zəlzələ zonasının müəyyən hissəsinə baş çəkəcəyəm. Zəlzələ bölgəsində insanlarla mitinq xarakterli toplantılar keçirə bilərik. Çalışacağıq ki, insanlarımızı motivasiya edək", - deyə Ərdoğan bildirib. Türkiyə lideri bir daha seçkiyə gedən hər bir vətəndaşa təşəkkürünü ifadə edib: "Xalqımızın göstərdiyi yetkinlik hər cür təqdirəlayiqdir. Səslərin 49,5 faizinə çatdıq. Millətimiz Xalq Alyansına 322 deputat verib".

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da dediyi kimi, biz inanırıq ki, prezident seçkilərinin ikinci turunda qazanılacaq qələbə tarixi qələbə olacaq.

Mustafa KAMAL,

"Respublika".