Rəcəb Tayyib Ərdoğanın türk dünyasında böyük xidmətləri var
Türk dünyası

Rəcəb Tayyib Ərdoğanın türk dünyasında böyük xidmətləri var

"Türk dünyasının böyük coğrafiyası var, böyük potensialı var, böyük təbii qaynaqları var, böyük hərbi gücü var". Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İstanbulda keçirilən TEKNOFEST aerokosmik texnologiya festivalında çıxışında bildirdi. Azərbaycan Prezidenti onu da qeyd etdi ki, Türk dünyasının birləşməsində Rəcəb Tayyib Ərdoğanın tarixi xidmətləri var.

Rəcəb Tayyib Ərdoğan 1954- il fevralın 26-da İstanbulun Qasımpaşa bölgəsində anadan olub. Ailəsi əslən Türkiyənin Rizə bölgəsindəndir. 2003- ilin yanvarında Ərdoğan Azərbaycana hələ Baş nazir olmazdan öncə, Ədalət İnkişaf Partiyasının lideri kimi gəlib. Səfərdən sonra Heydər Əliyevə məktub göndərərək Azərbaycana səfəri zamanı ona göstərilən diqqətə görə təşəkkür edib. O, məktubda bildirib ki, bu görüş iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcək. 2003- ilin martında Türkiyənin Baş naziri kimi fəaliyyətə başlayan Rəcəb Tayyib Ərdoğan həmin il dekabrın 15- ümummilli lider Heydər Əliyevin dəfn mərasimində ulu öndərlə bağlı fikirlərini belə ifadə etmişdir: "Heydər Əliyev təkcə Azərbaycanda deyil, bütün türk dünyasında tanınan sevilən lider idi. Türkiyə-Azərbaycan dostluğunu çox gözəl ifadə edən "bir millət, iki dövlət" ifadəsi ona məxsusdur. Biz çalışmalıyıq ki, bu hikmətanə deyimin ifadə etdiyi amal bundan sonra da davam etsin. Böyük Heydər Əliyevin ruhu şad olsun deyə, biz türk dünyasının qardaşlıq münasibətlərini birliyini qoruyub möhkəmləndirməyə çalışmalıyıq".

Bu gün Azərbaycan ilə Türkiyə arasında münasibətlər dinamik şəkildə inkişaf edir bunda xalqlarımızın tarixən bir-birinə yaxın olması ilə yanaşı, hər iki ölkə rəhbərliyinin siyasi iradəsi, strateji əməkdaşlığın genişləndirilməsi istiqamətində atdıqları uğurlu addımlar da mühüm rol oynayır.

2021-ci ildə tviter hesabı üzərindən Ədalət İnkişaf Partiyası iqtidarı dövründə həyata keçirilən işləri qrafiklərlə göstərən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan demişdir: " qədər ümumiləşdirməyə çalışsaq da, danışmaqla bitməyəcək. Saatlara, hətta günlərə sığmayacaq işlər gördük". İqtisadiyyatda əldə edilən nailiyyətləri bölüşən Türkiyə Prezidenti 2020-ci ildə illik artımın 1 faizdən 5,1 faizə çatdığını göstərmişdir. Ölkədə illik investisiyaların 70 milyard lirədən 1,4 trilyon lirəyə yüksəldiyi, ixrac miqdarının isə 36 milyard dollardan 170 milyard dollara çatdığı qeyd olunmuşdur.

Qrafikdə 19 ildə 9 milyon insanın işlə təmin olunduğunu bildirən Prezident Rəcəb Tayyib Ərdoğan ölkənin iqtisadiyyatındakı digər inkişafları da diqqətə çatdırmışdır.

Son illər Türkiyə dünyanın enerji mərkəzlərindən birinə çevrilməkdədir. Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə ölkə neft-qaz, elektrik enerjisi, ümumiyyətlə enerji sektorunda çox ciddi nailiyyətlər əldə edib. Ölkənin nüfuzunu artırmaq enerji təhlükəsizliyini təmin etmək, həmçinin digər ölkələrdən enerji asılılığını azaltmaq üçün Qara dənizdə aktiv neft-qaz axtarışları davam etdirilir. "Türkiyə Petrolları Anonim Ortaqlığı" (TPAO) şirkəti tərəfindən Qara dənizin ultradərinliyində aparılan kəşfiyyat işlərində, ümumilikdə 540 milyard kubmetr təbii qaz aşkar edilib. Türkiyənin Sakarya Qaz Sahəsinin İnkişafı Layihəsi dəniz altında qurulacaq təbii qaz hasilat sistemi, Filyos sahilində qurulacaq emal qurğusu bu iki bloku birləşdirəcək boru kəmərlərindən ibarətdir.

Rəcəb Tayyib Ərdoğanın Azərbaycan-Türkiyə həmrəyliyində rolu danılmazdır. Azərbaycanın müstəqilliyini ilk tanıyan qardaş Türkiyə təmsil olunduğu bütün beynəlxalq təşkilatlarda ölkəmizi dəstəkləməklə haqq işimizin müdafiəsində dayanmışdır. Azərbaycanın əsl dostlarının kim olduğunu göstərən 44 günlük Vətən müharibəsində bu fakt bir daha öz təsdiqini tapdı. Prezident İlham Əliyevin bildirdiyi kimi, türk dünyası böyük qüvvədir. Bu böyüklük öz möhkəmliyini yenilməzliyini xalqların birliyi ilə sübut edir. 44 günlük müharibədə Azərbaycan əsgəri , əsgər valideynləri , Azərbaycan dövləti hər an arxasında Türkiyənin isti nəfəsini duydu. 6 həftəlik müharibədə 80 milyonluq Türkiyə Azərbaycan üçün səfərbər oldu. Ankaranın xarici siyasəti daha qabarıq şəkildə Azərbaycanın maraqları üzərində quruldu, hər zaman olduğu kimi, qardaş ölkə haqqın, haqlının yanında durdu. Bir sözlə, 44 günlük müharibədəki böyük qələbədə qardaş Türkiyənin danılmaz payı var.

Bu gün Türkiyə bir çox sahələr üzrə inkişaf etməkdədir. Təkcə müdafiə sənayesi silah istehsalında deyil, avtomobil sənayesi, ənənəvi sənayenin bir çox sahələrində böyük potensialı var. Sirr deyil ki, innovasiya yeni texnologiyaların inkişafı bu gün dünyada dövlətlər üçün prioritet hesab olunur. Lakin heç bütün dövlətlər bu sahədə uğur qazana bilmir. Amma Türkiyə bunu bacardı. Qardaş ölkənin hərtərəfli inkişafı özünü avtomobil sənayesində göstərdi. Bir sözlə, Türkiyə bütün sahələrdə gündən-günə inkişaf edir. Belə ki, son iyirmi il ərzində Türkiyənin müdafiə sənayesi üzrə yerli istehsalı 20 faizdən 80 faizədək yüksəlmiş, ölkə bu dövr ərzində nəhəng layihələrə imza atmışdır. 2002-ci ildə müdafiə sənayesi üzrə 66 layihə icra edən Türkiyə ötən il bu rəqəmi 793-dək yüksəltmişdir.

Bu il aprelin 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən TEKNOFEST aerokosmik texnologiya festivalında iştirak ediblər. Azərbaycan Prezidenti İlham Əliyevin İstanbulda keçirilən TEKNOFEST aerokosmik texnologiya festivalında çıxışı zamanı səsləndirdiyi fikirlər qardaş Türkiyə KİV-lərinin diqqət mərkəzində oldu: "İnşallah, yaxın gələcəkdə Azərbaycanda "Bayraktar" mərkəzi yaradılacaq, orada təhsil, xidmət, istehsal da olacaqdır. Selçuk bəy Bakıda olarkən "Kızılelma"nın bir maketini hədiyyə etdi. Mən fürsətdən istifadə edərək "Kızılelma" ilə bağlı bütün qardaşlarımızı təbrik etmək istəyirəm ümid edirəm ki, yaxın gələcəkdə "Kızılelma" Azərbaycanın səmasında da olacaqdır. "Kızılelma" havada, "Altay" "Togg" quruda, "Anadolu" dənizdə - bugünkü Türkiyə budur".

Nəzrin CAVADZADƏ,

"Respublika".