Gənclərə örnək
Sosial həyat

Gənclərə örnək

Beyləqan Rayon Heydər Əliyev Mərkəzində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda başlayan Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalmış, Azərbaycan Ordusunun baş leytenantı   Dadaşzadə  Mahir Qərib oğlunun doğum gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin birinci müavini Telman Məstanov, Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı, şəhidin ailə üzvləri və doğmaları, eləcə də rayon idarə və müəssisə rəhbərləri, qazilərimiz, şəhidin döyüş və kurs  yoldaşları, yaxın dostları iştirak ediblər.

Azərbaycan  Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan mərasimdə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə bildirildi ki, Azərbaycanın bütövlüyü uğrunda, torpaqlarımızın qorunmasında canlarından keçmiş şəhidlərimizin ömür yolu gənclərimizə örnəkdir. Hər bir Azərbaycan vətəndaşı öz qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolundan çox şeyləri öyrənməlidir.  Qeyd  olundu   ki, bu  gün  xalqımız  “Şəhidlər  ölməz,  Vətən  bölünməz” devizi  ilə  müharibədə  canından  keçən  igid  oğullarımızın  xatirəsini  əziz  tutur.

Sonda şagirdlərin ifasında şeirlər, Beyləqan rayon Niyazi adina Uşaq Musiqi Məktəbinin şagirdlərinin ifasında isə vətənpərvər musiqilər səsləndirildi.       

                   Ərəstun  ABDULOV,

              “Respublika”.