İctimai xadim, görkəmli diplomat
Tarixi şəxsiyyətlər

İctimai xadim, görkəmli diplomat

Əlimərdan bəy Topçubaşovun anadan olmasından 160 il keçir

Tale vaxtaşırı xalqlara öz zəkası ilə işıq saçan müdriklər bəxş edir. Əlimərdan bəy Topçubaşov da xalqımızın məhz belə bir  nadir övladlarındandır...

1920-ci ilin aprelində  bolşevik Rusiyası Azərbaycanı zor gücünə işğal etdikdən sonra  məmləkətimiz çox faciəli günlərini yaşadıDemokratik fikirli azadpərvər övladlarımız, mərd  mücahidlərimiz güllələndilər. Bəziləri isə əsasən Türkiyəyə, Fransaya, ABŞ-a pənah gətirdilər.

Həmin əsrdə Azərbaycanın yetirdiyi dahi  övladlar sırasında xüsusi yer tutan ictimai xadim, görkəmli diplomat, böyük yaradıcı şəxsiyyət Əlimərdan bəy Topçubaşov ilk Azərbaycan Demokratik  Cümhuriyyətinin qurucularından biri idi.

Əlimərdan bəy Topçubaşov 1863- il mayın 4- Tiflisdə anadan olub, buradakı gimnaziyada oxuyub. Sonra Sankt-Peterburq İmperator Universitetində təhsil alıb oranın hüquq fakültəsini bitirib. 1894- ildə  Bakıya köçən Əlimərdan bəy  burada da məhkəmə orqanlarında çalışır. Həsən bəy Zərdabinin qızı Pəri xanımla ailə qurur.

1897-ci ildə "Kaspi" qəzetində redaktor-naşir kimi işə başlamaqla Əlimərdan bəy həm fəal siyasi fəaliyyətə qoşulur. Hacı Zeynalabdin Tağıyevə məxsus, rusca nəşr olunan bu qəzet yeni, bacarıqlı vətənpərvər rəhbərinin sayəsində tezliklə öz ətrafına Azərbaycan ziyalılarının qaymağını yığmağa müvəffəq  olur. 1905-ci ildə isə Əlimərdan bəy, Əli bəy Hüseynzadə Əhməd bəy Ağaoğlu ilə birlikdə azərbaycanca "Həyat" qəzetini təsis edir. Beləliklə, "Kaspi" - "Həyat" tandemi milli düşüncənin təşəkkülündə əhəmiyyətli rol oynamağa başlayır.

1906- ilin mayında Birinci Dövlət Dumasının  deputatı seçilən Ə.Topçubaşov  orada müsəlman fraksiyasına başçılıq edir, eyni zamanda, Y.Akçura ilə birgə "Muxtariyyət tərəfdarları" duma qrupunun həmsədri olur. Həmin ilin iyulunda  Duma buraxıldıqdan sonra o, digər tərəqqipərvər deputatlarla birgə monarxiyanın irticaçı idarəetmə üsulunu ifşa edən "Vıborq bəyannaməsi"ni imzaladığına görə üç ay müddətinə həbs edilir.

O, 1916- ildə Tiflisdə keçirilən Qafqaz xalqları qurultayında iştirak edir. Burada ilk dəfə onun tərəfindən Qafqaz Konfederasiyası ideyası səsləndirilir. 1917-ci ilin sonunda "10 nömrəli seçki siyahısı üzrə" Gəncə Dairəsindən Ümumrusiya Məclisi-Müəssisənin deputatı seçilən Ə.Topçubaşov 1918-ci il may ayının 28- Azərbaycanın müstəqilliyi elan edildikdən sonra, avqustun 20-  gənc respublikanın səlahiyyətli naziri fövqəladə nümayəndəsi təyin olunur. Oktyabrın 6-da o, həm Azərbaycan Cümhuriyyətinin Xarici İşlər naziri vəzifəsinə təyin edilir.

1918-ci il dekabr ayının 7-  Azərbaycan Parlamentinin sədri seçildikdən sonra dekabrın 28- Paris Sülh Konfransında iştirak edir. O, əksər xarici ölkələrin liderləri nümayəndələrində yenicə qurulan Azərbaycan dövləti haqda təsəvvür yaradır, başqa sözlə desəkAzərbaycanın obrazı onun rəhbəri baş diplomatının siması ilə tanınır. Çox böyük çətinliklərdən sonra, 1920-ci il yanvarın 11- Paris Sülh Konfransında dünyanın aparıcı ölkələri Azərbaycan Respublikasının müstəqilliyini tanıyırlar. Bununla da Azərbaycan dövlətçiliyi beynəlxalq səviyyədə öz təsdiqini tapır. Bu işdə Parlamentin sədri Ə.Topçubaşovun əməyi xüsusi qeyd edilməlidir.

Beynəlxalq aləmdə Azərbaycanın maraqlarını  müdafiə edən çevrələrin - Azərbaycanpərəst lobbinin yaradılması istiqamətində ilk səy göstərmək şərəfi Əlimərdan bəyə məxsusdur.

Azərbaycan Cümhuriyyətinin süqutundan sonra Parisdə mühacirətdə qalan Ə.Topçubaşov Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğal  edildiyini dünyaya bəyan edir: "Bolşeviklərin Azərbaycanın adından danışmağa haqqı yoxdur",-deyərək London, Genuya (1922), Lozanna (1923) konfranslarında bolşeviklərin onun vətənində törətdikləri  haqsızlıqlar barədə  beynəlxalq ictimaiyyəti məlumatlandırırdı.

Əlimərdan bəy öz humanist prinsiplərinə sadiq qalaraq mühacirətdə   Qafqaz xalqlarının  birgə fəaliyyətinəonların Konfederasiya uğrunda məslək birliyinə nail olmağa can atırdı. Nəhayət, 1934- ilin əvvəllərində o, Azərbaycan Milli Mərkəzinin sədri kimi, digər Zaqafqaziya respublikalarının liderləri ilə birgə Qafqaz Konfederasiyası Paktını imzalayır.

1934- il noyabr ayının 5- vəfat edən Əlimərdan bəy Parisin yaxınlığındakı Saint-Cloud (San-Kluşəhərinin məzarlığında dəfn olunur. Onun məzarı başında nitq söyləyən Azərbaycan Milli Mərkəzinin rəisi Məhəmməd Əmin Rəsulzadə  demişdi: "Millət yolunda çalışanlarımızın bir böyüyü ilə  halallaşınız. Heyhat! Azərbaycan Parlamentinin şanlı rəisi, vəkalətli heyətin sayğılı başçısını  müsafiri bulunduğumuz Fransa  torpağına əmanət edirik... Sən bütün varlığınla  çalışırdın ki, Azərbaycan qurtulsun sən oraya dönəsən. Çox çəkməz, məmləkət qurtular o zaman mütəşəkkir (minnətdarmillət ilk parlament rəisi, istiqlal davasının vəkilini xatırlar, gələr səni oğlunla bərabər buradan alar, arzu etdiyin vətən torpağına gətirər xatirəni əbədiləşdirər. İştə, sənə  söyləyəcəyim son söz!.. Sənə bizlərdən minlərcə rəhmət! Sənə bizlərdən minlərcə hörmət!".

O günün gəlməsini isə biz 71 il gözlədik...

Zümrüd QURBANQIZI,

"Respublika".