NOVRUZUMUZU GÖYÇƏMİZDƏ QEYD EDƏK
Tarix

NOVRUZUMUZU GÖYÇƏMİZDƏ QEYD EDƏK

XIX əsrin 20-30-cu illərindən etibarən Cənubi Qafqaza köçürülən ermənilər bir müddət sonra azərbaycanlıları təhdid etməyə, onlara qarşı kütləvi qırğınlar həyata keçirməyə başladılar. Köçürülmə nəticəsində Cənubi Qafqazda heç bir zaman mövcud olmayan Ermənistan adlı dövlət yaradıldı 1918-1920-ci illərdə terror azərbaycanlılara qarşı soyqırımı dövlət siyasəti səviyyəsinə qaldırıldı. Ermənilərin azərbaycanlılara məxsus torpaqlara yerləşdirilməsi, onların əsassız ərazi iddiaları, Azərbaycan ərazilərinin Ermənistana verilməsi siyasəti davam etdirildi. Sayca ermənilərdən çox olmasına baxmayaraq, İrəvanda yaşayan azərbaycanlılara muxtariyyət verilmədi. Bu cür siyasi proseslərdə qədim Göyçənin başı bəlalar çəkdi.

1920-ci il aprel ayının 28- Azərbaycan SSR yaradıldı. Həmin il avqust ayının 5- tərtib edilmiş arayışda Azərbaycanın Ermənistan ilə mübahisəsiz ərazisi müəyyənləşərkən Göyçə iki yerə parçalandı. Göyçəlilər üçün maraq doğurduğunu nəzərə alaraq arayışın təfərrüatını diqqətə çatdırmağı məqsədəuyğun hesab edirəm: Sərhəd Qazax Borçalı qəzalarının köhnə inzibati sərhədlərindən başlayır, sonra Qazax, Aleksandropol (Gümrü) Yeni Bəyaziddən Maralıca dağlarına qədər, oradan birbaşa Göyçə gölünə enir, Çubuqlu kəndindən sonra Göyçə gölünü ikiyə bölür, onun cənub sahili qərb istiqamətinə gedir. Göyçə gölünün cənub sərhədlərində sərhəd Yuxarı Zağalı Gödəkbulaq kəndləri arasından başlayır, sonra Yarpızlı, Qızılvəng Yuxarı Alçalı kəndlərinin yuxarısından, Göyçə gölünün cənub sahillərinin dağlıq rayonlarından Qızıl Xarava Ağmanqan yüksəkliklərindən keçir. Qərbdə İrəvan Yeni Bəyazid qəzalarının sərhədlərindən Kiçik Ağdağa doğru gedir, türklərin yaşadığı dağlıq rayonları ermənilərin məskunlaşdığı kəndlərdən ayırır. Sonra sərhəd Kiçik Ağdağ dağlarından şimal-qərbə Toxmaq gölün istiqamətində Təzəkənd kəndinə doğru gedir, oradan Gedərçay çayı ilə Yuxarı Ağbaş kəndinə çatır onun qarşısından şimala doğru qalxır, oradan Uluxanlıya gedir. Uluxanlı kəndi Uluxanlı dəmiryolu stansiyasının arasından keçərək Araz çayına qədər uzanır şimalda Rəncbər kəndinə çatır. Rəncbər kəndindən Araz çayınadək sərhəd birbaşa qərbə, Sürməli qəzası ilə Eçmiədzin Kars vilayətlərinin keçmiş inzibati sərhədləri ilə qovuşur Təndürək dağlarına, keçmiş rus-türk sərhədlərinə doğru uzanır.

1922-ci il martın 12-dən 1936- il dekabrın 5-dək olan dövrdə Azərbaycan Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının tərkibinə daxil olunanadək Yeni Bəyazid qəzasının Basarkeçər bölgəsi digər torpaqlarımızla birlikdə Ermənistanın tərkibinə qatıldı. Bununla da, Göyçənin qara günləri başladı 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası hərbi təcavüzü bu gün yaşadığımız faciələrlə nəticələndi.

Tarixi torpaqlarımız olan Ağrı, Zəngəzur, Dərəçiçək, Dərələyəz, Ağbaba s. kimi ulu türk, Oğuz yurdu Göyçənin parçalanması soydaşlarımızın çəkdiyi zülm məşəqqətlər öz dədə-baba ocaqlarından didərgin düşənlərin yaddaşından silinməyəcək. Göyçəlilərin öz əzəli tarixi torpaqlarında mövcudluğuna son qoyulması onları acı məşəqqətli ağrılara düçar etmişdir. Tariximizin taleyimizin bu qanlı səhifələri dünyanın bu cənnət məkanında göz açanların qan yaddaşına həkk olunmuşdur. Dözülməz faciələr yaşayan göyçəli ziyalıların şahidi olduğu dəhşətli günləri bədii publisistik söz şəklində mənəvi sərvət səviyyəsinə yüksəltməklə bir tərəfdən xalqın erməni haramzadalarına kin-küdurətini təcəssüm etdirir, digər tərəfdən, vətən, el-oba, yurd sevgisini bütün təfərrüatları ilə canlandırmağa çalışıram.

Yuxarıda qeyd edilənlər zamanla sinəmizə çəkilən dağlardı ki, bu gün özünün çirkli, murdar xislətini göstərir. Lakin Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət 1988-ci ildə Göyçə mahalında Azərbaycana dəstək məqsədilə keçirdiyimiz "Göyçə mahalına muxtariyyət" adlı mitinqin ucalan səsidir sanki.

Çox istərdim ki, məşəqqətlə keçirdiyimiz, yağı düşmənlə üz-üzə dayandığımız o günlərdə keçirilən mitinqlər geniş işıqlandırılsın. Çünki yaxın tariximizi qeyd etməsək, keçmişi yadda saxlaya bilmərik. Ermənilər gənc bir qızın mitinqlərdə çıxışına görə tutulması üçün mükafat verəcək qədər həm şərəfsiz, həm alçaqdırlar.

Göyçədə məlum mitinqlər başladı. İlk dəfə atamı bu qədər emosional görürdüm. Mən bu mitinqdə iştirak etmək üçün atamdan icazə istəyəndə cavabı çox sərt həm mənim üçün maraqlı oldu: "Qanın qanımdan qırmızı deyil ki, niyə getməyəsən? Bu vətən, bu torpaq üzərində sən yaşayırsan. Bura sənin vətənindir, onun üçün canımızdan keçməyə hər birimiz hazır olmalıyıq. Amma candan keçməkdənsə, qalib gəlməyimizi diləyirəm. Hazır ol, gedək".

Mən bir himə bənd idim. Hazırladığımız plakatların içərisindən "Göyçə mahalına muxtariyyət" şüarını seçib götürdüm. Ağsaqqallar rayonumuzun Şorca kəndində toplaşmaq qərarına gəlmişdilər. Ardanış, Ağbulaq, Toxluca, Gölkənd digər qonşu kəndlərdən minlərlə əhali mitinqə toplaşmışdı. Basarkeçərin Zod, Şişqaya, Nərimanlı başqa kəndlərindən adamlar iştirak edirdilər. Mən burada öz sözlərimi ermənilərə deməyə müvəffəq oldum bu tələbləri irəli sürdüm: Göyçə mahalına muxtariyyət verilsin; əhali azərbaycanlı həkimlərdən ibarət xəstəxana ilə təmin edilsin; Azərbaycan televiziyası Göyçə mahalında da yayımlansın; Azərbaycanla təhlükəsiz gediş-gəliş təmin olunsun; ana dilimizdə verilişlər hazırlanıb göstərilsin; Ermənistan parlamentində azərbaycanlılardan ibarət deputatlarla təmsil olunaq; azərbaycanlılar yaşayan kəndlərdə erməni dili tədris olunsun; yaşamaq üçün təhlükəsizliyimizə təminat verilsin; İrəvanda bağlanmış institutlarımız bərpa olunsun; erməniləşdirilmiş kəndlərin adları geri qaytarılsın; qarşıya qoyulan tələblərimiz bir ay müddətində yerinə yetirilsin; bu tələblər yerinə yetirilmədiyi halda, biz Göyçə mahalı olaraq ayrılıb Azərbaycana birləşəcəyimizi bəyan edirik.

Mən çıxışımı bu sözlərlə yekunlaşdırdım: "Unutmayın ki, Göyçə Oğuz yurdudur bu torpaqda ermənilər yaşamayıb. Bu torpaqlarda erməni dövlətçiliyi olmayıb böyük dövlətlərin təkidi ilə qondarma erməni dövləti yaradılıb. Gün gələcək, haqq qələbə çalacaq. Dağlar-daşlar dindiriləcək. Onda hər qaya parçasının, hər cığırın, hər əlçim torpağın dodağından qopuz sədası qopacaq, bayatılar yağışı yağacaq. Bax, ondan sonra sizin faciəniz başlayacaq!".

Bu mitinqləri keçirməkdə əsas məqsəd 1988-ci il iyunun 15- Ermənistan SSR Ali Sovetində keçiriləcək sessiyada Azərbaycan SSR Ali Sovetindən Dağlıq Qarabağın Ermənistanın tərkibinə verilməsi barədə ediləcək müraciətin qarşısını almaq idi. Biz buna nail olduq, amma nəticəsi çox ağır oldu. Belə ki, Azərbaycandan bizi dəstəkləyən olmadı. Ermənilər isə bu fürsətdən istifadə edərək rusların əli ilə bizi yurd-yuvamızdan didərgin saldılar. Sonralar Eldar İsmayıl "Ermənistan türklərinin 1988-ci il soyqırımı" adlı kitabında bu barədə geniş bəhs etmişdir. Göyçədə mitinqlər mərhələsi çox tez bir zamanda öz fəallığını itirdi təqiblər başladı. Mən digər həmyerlilərimiz təhdidlərə məruz qaldıq. Məlum oldu ki, ermənilər məni şantaj edərək tutdurmaq istəyirlər. Buna görə , kənddən tez bir zamanda çıxmağa məcbur oldum.

Axşam atam idarəyə çağırıldı çox keçmədən qayıtdı, kefsiz olsa da, qürurlu idi. Məni yanına çağırıb: "Oxumaq istəyirdin, səni göndərim get, oxu", - dedi. Ona işlərdən xəbərdar olduğumu bildirdim.

Təəccübləndi, ayağa qalxdı dedi: "İndi sənin sənədlərini hazırlayıb gətirəcəklər, sən dur pal-paltarını hazırla gecə yola düşəcəyik".

Mən qorxmadığımı desəm , məsələnin ciddiliyi məni təəccübləndirirdi. Ermənilər bir kənd qızından bu dərəcədə qorxurmuşlarmı? Atam məni illər sonra ali təhsil almağa göndərdi. Sevinirdim ki, oxumağa gedirəm, təhsilimi başa vurduqdan sonra kəndimizə qayıdacağam. İndi bu sevinci yaşaya bilmədiyimə görə təəssüf edirəm. Kaş kəndimizdə işləyə biləydim...

Bax, beləcə 25 baharımı Göyçədə yaşadım.

Qərbi Azərbaycan İcmasının yaradılması bizlərdə vətən həsrətimizin bitməsinin ümid işığını yandırdı. Mən arzu edirəm ki, dövlət başçımızın qeyd etdiyi kimi, "Novruz bayramımızı Vətənimizdə, Göyçədə" qeyd edək.

Fazilə HÜSEYNLİ,

ADPU-nun Fəlsəfə sosial elmlər

 kafedrasının baş müəllimi.