Qazaxda “Heydər Əliyev İli” çərçivəsində “Uşaqlar bizim gələcəyimizdir!” mövzusunda festivalı
Region

Qazaxda “Heydər Əliyev İli” çərçivəsində “Uşaqlar bizim gələcəyimizdir!” mövzusunda festivalı

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da qeyd olunub. Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı iləHeydər Əliyev İliçərçivəsində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuşUşaqlar bizim gələcəyimizdir!” mövzusunda uşaq yaradıcılıq festivalı keçirilib.

Rayon rəhbərliyi qonaqlar əvvəlcə Qazax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin hazırladıqları əl işləri, ekologiya ilə bağlı sərgi güllərin sərgisi ilə tanış olublar. Qazax Dövlət Rəsm Qalereyasının dərnək üzvlərinin çəkdikləri, Ulu Öndərin 100 illiyinə həsr olunmuş rəsm sərgisinə baxış keçiriblər.

Daha sonra şahmat, güləş, karate, ağır atletika, qol güləşi idman növləri üzrə uşaq yeniyetmələr öz məharətlərini nümayiş etdiriblər.

Körpə fidanlara həsr olunmuş bayram tədbirinə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə start verilib.

Tədbirin aparıcıları, Qazax Dövlət Dram Teatrının aktyorları Yusif Qoca Zəmanə Dərviş iştirakçıları günün səbəbkarı olan uşaqları salamlayıb, səmimi təbriklərini çatdırıblar. Tədbirdə iştirak edən şəhid analarına, qazilərimizə, şəhid övladlarına xoş təbriklərini ifadə ediblər. Qeyd ediblər ki, Prezident İlham Əliyev uşaqların sağlam firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib.

Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək iştirakçıları salamlayıb, balaca fidanlara 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə səmimi təbriklərini, xoş arzularını çatdırıb.

Sonra söz uşaqlara verilib. Bayramın səbəbkarı olan uşaqlar bir-birindən maraqlı çıxışlar ediblər. Nağıl cizgi filmi qəhrəmanlarının tədbirə qatılması balaca fidanların sevincinə səbəb olub.

Vəli VƏLİYEV,

“Respublika”.