Quruculuq işlərinin miqyası genişlənir
Region

Quruculuq işlərinin miqyası genişlənir

Respublika Prezidentinin 31 mart 2023- il tarixli Sərəncamı ilə on doqquz min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən 22,3 kilometr uzunluğunda kəndlərarası Yevlax-Zaqatala-Gürcüstanla dövlət sərhədi (150 kilometr)-Əliabad-Bəhmətli-Kürdəmir-Lahıc avtomobil yolunun tikintisi məqsədilə 6,7 milyon manat ayrılmışdır. Sərəncama uyğun olaraq asfalt örtüyünün döşənməsi üçün küçələrə qum-çınqıl qatı tökülərək kipləşdirmə işləri aparılıb.

Rayon icra hakimiyyətindən verilən məlumata görə, rayonda quruculuq işləri genişlənir sakinlərin rahatlığının təmin olunması üçün mütəmadi işlər görülür. Uzuntala kənd yoluna, Yuxarı Tala kəndinin Dülüsoba ərazisinə, Aşağı Tala kəndinə Qandax kənd yoluna 8 kilometr uzunluğunda asfalt örtüyü döşənib.

Bu il ərzində Zaqatala şəhəri ərazisində ümumilikdə 35 min kvadratkilometrdən çox asfalt örtüyü döşəniləcək küçələr müəyyənləşdirilərək titul siyahıları, qüsur aktları layihə-smeta sənədləri hazırlanır.

Əliabad qəsəbəsində, Muxax, Çobankol, Gözbarax kəndlərində magistral avtomobil yolunun kənarlarında yaşayış məntəqələrinin girişlərində müasir işıqlandırma sistemləri quraşdırılıb. Həmçinin "Bakı Abadlıq Xidməti" MMC-nin layihəsi əsasında Zaqatala şəhərinin küçələrinə birinci mərhələdə 54 kilometr, ikinci mərhələdə 14 kilometr uzunluğunda müasir tələblərə uyğun yeni işıqlandırma sistemlərinin quraşdırılması işlərinə başlanılıb, artıq bir çox küçələrdə yeni işıq dirəklərinin quraşdırılması təmin edilib bu işlər davam etdirilir.

Mənzil fondunun təmiri üçün ayrılmış vəsait hesabına şəhərin Ümüd Sadıqov küçəsində olan binada təmir işləri görülüb, yararsız elektrik kabelləri yenisi ilə əvəz edilib, Azərbaycan prospekti 39 a ünvanında yerləşən çoxmənzilli yaşayış binasının yararsız vəziyyətə düşmüş dam örtüyü sökülərək yenidən quraşdırılıb.

Qeyd edək ki, ötən il şəhər küçələrinin cari təmiri üçün nəzərdə tutulan vəsait hesabına Bakı prospekti ərazisində abadlıq işləri aparılaraq beton səki daşları düzülüb, piyada yollarına tamet tava vurulub.

Aşağı Tala Yuxarı Tala kəndlərinin içməli suya olan tələbatının ödənilməsi məqsədilə 1,2 kilometr uzunluğunda 500 millimetr diametrli borularla çəkilən yeni su xətti bu il 29 mart tarixdə istifadəyə verilib. Ümumilikdə 15 minədək sakini içməli su ilə təmin edəcək su xəttinin çəkilişi rayon icra hakimiyyəti, kənd bələdiyyələri sakinlərin dəstəyi ilə icra edilib.

Aztelekom MMC tərəfindən Zaqatala şəhərində genişzolaqlı internet xidmətlərinin beynəlxalq standartlara uyğun GPON (Gigabit Passive Optical Network - Gigabit tutumlu Passiv Optik Şəbəkə) texnologiyası əsasında fiber optik internet xətlərinin çəkilişi aparılır. Sakinlərin böyük maraq göstərdiyi "mənzilə qədər optik internet" adlanan layihə çərçivəsində istifadəçilər qısa zamanda yüksəksürətli multimedia xidmətləri ilə təmin olunur. Hazırda bu xidmətlərdən Zaqatala şəhəri şəhərətrafı kəndlərin sakinləri istifadə edəcək.

M.NƏRİMANOĞLU,

"Respublika".