Sosial həyat

"YAŞAT" Fondu 8 yaşlı Aynura təşəkkürnamə təqdim edib

"YAŞAT" Fondunun rəhbəri Elvin Hüseynov Heydər Əliyev adına liseyin  2-ci sinif şagirdi Aynur Zeynallıya Fondun təşəkkürnaməsini təqdim edib.

Təşəkkürnamə ona Fonda mütəmadi formada etdiyi ianələrlə əlaqədar verilib.

Məqsəd şagirdimizin Vətən sevgisinin və davranışının nümunəvi formada təbliğidir.

8 yaşlı Aynur dövlət tərəfindən  aldığı müavinətdən hər ay Fonda ianə edir.

Eyni zamanda ona 1 İyun -  Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində müxtəlif hədiyyələr təqdim edilib.

“Respublika”.