Yeni sitrus bağları salınıb
Region

Yeni sitrus bağları salınıb

Qardaş Türkiyə mütəxəssislərinin  nəzarəti altında Azərbaycanın cənub qapısı Astaranın  Şahağac kəndində yeni intensiv sitrus bağı salınıb.  Hazırda əkin işləri  sürətlə və yüksək keyfiyyətlə davam edir.  Hər hektara  650 ədəd olmaqla sağlam boy verməyə qadir  yapon sortlu naringi tingi torpağa basdırılır.  Əkin zamanı bütün lazımı tədbirlər dəqiqliklə yerinə yetirilir.

Əkin başa çatdıqdan bir neçə gün sonra bağda damla suvarma sistemi qurulacaq.  Qurulacaq sistem hər bir cərgə üçün nəzərdə tutulmaqla  ikicərgəli olacaqdır. Bu yeni metod  naringi  tingi böyüyüb məhsula gələn dövrdə də onu lazımı qədər su ilə təmin edəcək.

Son illərdə Astaranın  bol, ətirli sitrus təsərrüfatına 200 hektardan  çox yeni üsullarla əkilmiş meyvə bağları əlavə olunub. Rayonda torpaq adamına yeni iş yerləri yaranmaqla bərabər, belə də ki,  təzə salınmış    intensiv sitrus bağlarının hər hektarı üçün dövlət tərəfindən 9-11 min manat birdəfəlik subsidiyalar verilir.

Zəfər ORUCOĞLU,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü.