Rusiya Federasiyasının “Rostex” Dövlət Korporasiyasının Baş direktoru Sergey Çemezovdan
Məktublar

Rusiya Federasiyasının “Rostex” Dövlət Korporasiyasının Baş direktoru Sergey Çemezovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi və xoş arzularımı qəbul etməyinizi xahiş edirəm.

Siz istedadlı dövlət xadimi kimi bu gün respublikanın gələcək inkişafı və möhkəmləndirilməsi istiqamətində genişmiqyaslı məsələləri həll edirsiniz.

Azərbaycan dünya arenasında böyük nüfuza malikdir, mühüm beynəlxalq məsələlərin həllində fəal rol oynayır. Ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən hərbi-texniki əməkdaşlıq üzrə ikitərəfli münasibətlər dinamik şəkildə inkişaf edir.

Əminəm ki, Rusiya və Azərbaycan dost xalqlarımızın rifahı naminə tərəfdaşlıq əlaqələrini gələcəkdə də möhkəmləndirəcək və inkişaf etdirəcək.

Sizə möhkəm cansağlığı arzulayır və ən xoş diləklərimi çatdırıram.

Hörmətlə,

Sergey ÇEMEZOV,

Rusiya Federasiyasının “Rostex” Dövlət

Korporasiyasının Baş direktoru.