Çində təbii fəlakətlər 3.28 milyard dollar iqtisadi itkilərə səbəb olub
Dünya xəbərləri

Çində təbii fəlakətlər 3.28 milyard dollar iqtisadi itkilərə səbəb olub

Çin hökuməti bildirib ki, daşqınlar, quraqlıqlar, zəlzələ və və sair kimi təbii fəlakətlər birinci rübdə 23,76 milyard yuan (3,28 milyard dollar) iqtisadi itkiyə səbəb olub.

"Respublika" "Reuters"ə istinadən xəbər verir ki, Çin Fövqəladə Hallar Nazirliyi Sintsziyanın şimal-qərb bölgəsində 7,1 bal gücündə zəlzələnin, cənub-qərbdə Yunnan əyalətində baş verən sürüşmələrin və Sarı çayda daşqınların vurduğu ziyana istinad edib.