Ali dəyərlər üzərində qurulan müstəqil Azərbaycan
Digər xəbərlər

Ali dəyərlər üzərində qurulan müstəqil Azərbaycan

Azərbaycan xalqının dahi oğlu‚ ümummilli lideri və xilaskarı‚ müasir Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyev yəhudi xalqının və İsrail dövlətinin böyük dostu olub. Heydər Əliyev Azərbaycanda tolerantlığın və multikultural dəyərlərin banisidir. Bütün yəhudilər Heydər Əliyevi hər zaman böyük hörmət və ehtiramla anırlar. Azərbaycan və İsrail əlaqələri də məhz Heydər Əliyevin dövründə qurulmuş və bu gün də məhz onun siyasi xəttinin uğurla davam etdirilməsi nəticəsində yüksələn xətlə inkişaf edir. Heydər Əliyevin parlaq siyasəti sayəsində Azərbaycanda bütün xalqlar qardaşlaşmışdır. Bu gün Azərbaycanda müxtəlif dini inanclı insanlar‚ müsəlman və qeyri-müsəlmanlar qardaşlıq, dostluq münasibətləri səviyyəsində yaşayırlar. Burada hər zaman bütün xalqlara və bütün dinlərə hörmətlə yanaşılıb. Bu gün Azərbaycan bütün dünyada nümunə olacaq ali dəyərləri özündə əks etdirir.

Qarşıdan gələn 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi çox əlamətdar bir hadisədir və əminik ki,  Azərbaycan xalqı üçün xeyirli və uğurlu olacaq.

İsrail Təhlükəsizlik Akademiyasının
Azərbaycan Respublikasındakı
nümayəndəliyi.