Azərbaycan-Litva: Qarşılıqlı maraqları ehtiva edən perspektivlər
Siyasət

Azərbaycan-Litva: Qarşılıqlı maraqları ehtiva edən perspektivlər

Xarici siyasətində dünya ölkələri ilə əlaqələrini daha da genişləndirməyə, hərtərəfli əməkdaşlığa, beynəlxalq sülhü təhlükəsizliyi, inteqrasiya prinsiplərini möhkəmləndirməyə böyük önəm verən müstəqil Azərbaycan dostluq, tərəfdaşlıq münasibətləri yaradır, ayrı-ayrı dövlətlərlə qarşılıqlı əlaqələrə üstünlük verərək siyasi, iqtisadi, o cümlədən enerji, ticarət, investisiyalar digər sahələrdə əməkdaşlıq edir. Qərb ölkələri ilə əlaqələrini genişləndirməyi hər zaman prioritet hesab edən dövlətimiz bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir.

Bu gün möhkəm bünövrə əsasında qurulan, fəal siyasi dialoq şəraitində inkişaf etdirilən Azərbaycan-Litva münasibətləri faydalı məhsuldar əməkdaşlığı ehtiva edən perspektivli gələcəyə əsaslanır. İki ölkə arasındakı əlaqələrin tarixi uzaq keçmişə söykənsə , hər iki xalqın dostluğu bütün dövrlərdə davam etdirilmişdir.

Hələ keçmiş Sovet İttifaqının tərkibində olarkən ölkələrimizi ümumi tarix birləşdirmiş, ötən əsrin sonlarında isə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkələr arasında əlaqələr yeni məna məzmun kəsb etməyə, ikitərəfli münasibətlər inkişaf etməyə başlamışdı.

Belə ki, 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən biri olan Litva Respublikası ilə diplomatik münasibətlər 1995-ci il noyabr ayının 27- qurulmuş, 2007-ci ildə Litvanın ölkəmizdə, həmçinin Azərbaycanın Litvada səfirliyi açılmışdır. Bundan sonra Litva-Azərbaycan münasibətlərinin inkişafı siyasi, iqtisadi mədəni sahələrdə öz əksini tapmışdır. Prezident İlham Əliyevin 2007-ci ildə Litva Respublikasına rəsmi səfəri çərçivəsində imzalanmış "Azərbaycan Respublikası Hökuməti Litva Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş" 2010-cu ildə Heydər Əliyev Fondu ilə Litvanın Azərbaycandakı səfirliyi arasında mədəniyyətin bütün sahələrini, o cümlədən elm, təhsil, gənclər, ictimai qeyri-hökumət təşkilatlarını nəzərdə tutan "Heydər Əliyev Fondu ilə Litvanın Azərbaycandakı Səfirliyi arasında humanitar sahədə əməkdaşlığa dair Anlaşma Memorandumu" humanitar sahənin inkişafına böyük təkan vermiş, mədəniyyət turizm sahəsindəki əlaqələri daha da dərinləşdirmişdir.

İqtisadi əlaqələr şaxələndirilərək sənaye, energetika, kənd təsərrüfatı, turizm, nəqliyyat, rabitə informasiya texnologiyaları başqa sahələri əhatə etmişdir. Dövlət səviyyəsində müxtəlif vaxtlarda keçirilən çoxsaylı görüşlər biznes forumlar ölkələrin iqtisadi əlaqələrini daha da möhkəmləndirmiş, gələcək əməkdaşlığa əsaslı zəmin yaratmışdır. Azərbaycan-Litva münasibətlərinin dərinləşməsinə humanitar sahədə əməkdaşlıq əlaqələrinin inkişafı müsbət təsir göstərmiş, dostluq əlaqələri təhsil sahəsində özünü büruzə vermişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin 2007-ci ildə Litvaya ilk rəsmi səfəri çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilmiş, dövlət əhəmiyyətli sənədlərin imzalanma mərasimi olmuşdur. Sənədlərdən ən mühümü isə "Azərbaycan Respublikası Prezidentinin Litva Respublikası Prezidentinin tərəfdaşlıq münasibətlərinin inkişafı haqqında" birgə bəyannaməsi olmuşdur. Ölkə başçımızın səfəri Azərbaycan-Litva əlaqələrinin bütün istiqamətlərdə inkişaf etdirilməsinə zəmin yaratmış, ölkələrimiz arasında tərəfdaşlığın hüquqi bazasına çevrilmiş münasibətlərin yüksələn xətlə inkişafına geniş perspektivlər açmışdır. Prezident İlham Əliyev səfər çərçivəsində keçirilən görüş zamanı demişdir: "Biz Litva ilə münasibətlərə böyük əhəmiyyət veririk bu münasibətlər son vaxtlar xeyli inkişaf etmişdir. Litva Azərbaycan vahid mövqelərdən çıxış edirlər, ölkələrimiz arasında heç bir problem yoxdur əlaqələrimiz yüksələn xətlə inkişaf edəcəkdir". Ötən dövr ərzində dövlət hökumət başçıları, parlament sədrləri nazirlər səviyyəsində davamlı xarakter alan görüşlər münasibətləri strateji tərəfdaşlıq zirvəsinə yüksəltmişdir. Belə ki, Avropa İttifaqının NATO-nun tamhüquqlu üzvü olan Litva Respublikası ilə Azərbaycan bu gün ATƏT, NATO, Avropa İttifaqı digər təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edir.

Ötən il Litva Respublikasının Prezidenti Gitanas Nausedanın Azərbaycana rəsmi səfəri isə iki ölkənin iqtisadi, mədəni, siyasi sosial əlaqələrini yenidən canlandırmış, siyasi münasibətlərdə, strateji tərəfdaşlıqda yeni mərhələ yaratmışdır. Azərbaycan-Litva biznes forumunun açılışı iqtisadi sektorda əməkdaşlığın gücləndirilməsinin mümkünlüyünü ehtiva etmiş kənd təsərrüfatı, turizm, enerji, bərpaolunan enerji mənbələri, nəqliyyat s. kimi sahələrdə sağlam, faydalı işbirliyinə daha fəal əməkdaşlığın təməli atılmışdır.

İqtisadiyyatın şaxələndirilməsini dövlət siyasətinin prioriteti kimi müəyyənləşdirən Azərbaycan Avropa İttifaqı ölkələri ilə strateji münasibətlərin davamlılığında, biznes əlaqələrinin möhkəmlənməsində maraqlıdır. Avropa ilə Asiyanın quru hava yollarının kəsişməsində yerləşən strateji mövqeyi Avropa İttifaqının ona üzv dövlətlərin ölkəmizlə əməkdaşlıq etmək marağını artırır. Hələ 1996- il aprel ayının 22- ümummilli lider Heydər Əliyev tərəfindən Lüksemburqda Avropa İttifaqı Azərbaycan Respublikası arasında ticarət, sərmayə, iqtisadiyyat, qanunvericilik, mədəniyyət, immiqrasiya qeyri-qanuni ticarətin qarşısının alınması sahəsində əməkdaşlığı nəzərdə tutan "Tərəfdaşlıq Əməkdaşlıq Sazişi" imzalanmış, 1999-cu ilin iyun ayında isə qüvvəyə minmişdir. Bu sənəd ölkələr arasında siyasi dialoq, ticarət, sərmayə, qanunvericilik, elm mədəniyyət sahəsində qarşılıqlı əlaqələrin həyata keçirilməsində mühüm rol oynamış bu çərçivədə münasibətlərin inkişaf etdirilməsi ölkəmizdə demokratiyanın möhkəmlənməsinə, ticarət investisiyanın inkişafına, bazar iqtisadiyyatına keçidin dəstəklənməsinə müsbət təsir göstərmişdir.

Avropa İttifaqının fəal üzvlərindən olan Litva Azərbaycanla əlaqələrin gələcəyinə inamla baxır. Prezident İlham Əliyevin mayın 21- Litva Respublikasına rəsmi səfəri bu baxımdan böyük əhəmiyyətə malikdir. Vilnüsdə ölkə başçımızla Prezident Gitanas Nausedanın görüşündən sonra Azərbaycan-Litva sənədlərinin imzalanma mərasimi keçirilmişdir. Mətbuata bəyanatla çıxışı zamanı Litva Prezidenti Azərbaycanın son 10 ildə əldə etdiyi nailiyyətlərdən, eyni zamanda ölkələrimiz arasında informasiya texnologiyaları, kibertəhlükəsizlik, bərpaolunan enerji, investisiyalar, nəqliyyat sahələrində əməkdaşlıqdan bəhs etmiş, Azərbaycan Prezidentinin səfərinin ikitərəfli əməkdaşlığın genişləndirilməsinə davamlı inkişafına müsbət təsir göstərəcəyinə əminliyini bildirmişdir. İki ölkə arasında əməkdaşlıq haqqında sazişlərin imzalandığını bildirən Gitanas Nauseda Litvanın uzun illərdir beynəlxalq əhəmiyyətli layihələrdə Azərbaycanla birgə iştirak etdiyini Avropa İttifaqının Tvinninq Şərq Tərəfdaşlığı proqramları çərçivəsində tərəfdaş olduqlarını vurğulamışdır.

Litvaya səfərini ölkələr arasında tərəfdaşlığın təsdiqi kimi qiymətləndirən İlham Əliyev Azərbaycan ilə Litva arasında fəal siyasi dialoqun müsbət nəticələrdə müşahidə olunduğunu, əldə olunan nailiyyətlərin əməkdaşlığın bütün sahələrində öz əksini tapdığını bildirmiş, bu uğurların siyasi müstəvidə olduğu kimi, gələcək illərdə iqtisadiyyat, ticarət sahələrində özünü göstərəcəyinə inamını ifadə etmişdir. Litva ilə birgə ölkəmizin bərpaolunan enerji növlərinin yaradılması istiqamətində paralel işlər aparıldığına diqqətçəkən Prezident İlham Əliyev yaxın gələcəkdə bu istiqamətdə əməkdaşlığın mümkünlüyünü vurğulamış, Azərbaycanın Avropa İttifaqı NATO ilə əməkdaşlığına Litvanın dəstəyini yüksək qiymətləndirmişdir: "Bizim Litva ilə ikitərəfli əməkdaşlıq çərçivəsində, eyni zamanda, Avropa İttifaqı-Azərbaycan əlaqələri önəmli rol oynayır Litvaya bu əlaqələrin inkişafı üçün göstərdiyi səylərə görə təşəkkürümüzü bildiririk. Prezident Nauseda Azərbaycana səfər edəndən iki ay sonra Avropa Komissiyası ilə Azərbaycan arasında Bakıda enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmışdır bu memorandum uğurla icra edilir. Azərbaycan təbii qazının Avropa bazarlarına nəql edilməsi ilə bağlı çox ciddi addımlar atılır. Nəql edilən, yəni ixrac edilən qazın həcmi ildən-ilə artır artacaq".

Milli maraqlara söykənən, inkişafa, tərəqqiyə xidmət edən çoxşaxəli əməkdaşlıq, dostluq münasibətləri Azərbaycanı sülhsevər, tolerant, nəinki regionda, bütün dünyada sülhə, əmin-amanlığa mühüm töhfə verən ölkə səviyyəsinə yüksəltmişdir. Bərabərhüquqlu qarşılıqlı anlaşma əsasında qurulan Azərbaycan-Litva əlaqələri etibarlı tərəfdaşlıq zəminində inkişaf etdirilir.

Mehparə ƏLİYEVA,

"Respublika".