VƏTƏNDAŞ MƏNAFEYİNƏ XİDMƏT EDƏN HÜQUQİ İSLAHATLAR
Siyasət

VƏTƏNDAŞ MƏNAFEYİNƏ XİDMƏT EDƏN HÜQUQİ İSLAHATLAR

Azərbaycan müstəqillik illərində çətin, şərəfli bir yol keçmişdir. Bu illər ərzində müasir tariximizə şanlı, qürurverici səhifələr yazılıb. Ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət qurulub, Azərbaycan nəinki regionda, həm dünyada söz sahibi olan qüdrətli dövlətə çevrilib.

Müstəqilliyimizin bəhrələrini düşünəndə ilk növbədə xalqımızın böyük oğlu, dünyaşöhrətli siyasi dövlət xadimi, dahi şəxsiyyət, müdrik rəhbər Heydər Əliyevin əzəmətli obrazı göz önündə canlanır. Bizə ərməğan etdiyi müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir. Məhz buna görə ulu öndər milyonlarla insanın qəlbində əbədiyaşarlıq qazanmışdır. Xalqımız öz taleyində misilsiz rol oynamış ümummilli liderin xatirəsini daim əziz tutur. Ölkə Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixdə imzaladığı Sərəncamda ümummilli liderin Vətən xalq qarşısında tarixi xidmətlərinə bir daha nəzər salınmış, 2023- il ölkəmizdə "Heydər Əliyev İli" elan edilmişdir. Proqram xarakterli tarixi Sərəncamda deyilir: "Heydər Əliyevin zəngin həyat yolu müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış, öz xalqına sıx bağlılığın, milli dövlətçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olmuşdur. Geniş bilik dərin təfəkkür sahibi olan Heydər Əliyev düşünülmüş cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll etmişdir...

Xalqımızı vahid amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyasının formalaşdırılması, ana dilinin dövlət qayğısı ilə əhatə olunması, ictimai-siyasi, elmi mədəni fikir tariximizin əlamətdar hadisələrinin müntəzəm qeyd edilməsi ənənəsinin yaradılması, Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar sivilizasiyaların qovşağında yerləşən tolerantlıq məkanı kimi geniş şöhrət qazanması Heydər Əliyevin mükəmməl quruculuq proqramının tərkib hissələri olmuşdur".

Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində müstəsna rolu vardır. Ulu öndərin yorulmaz, gərgin səyləri sayəsində Azərbaycan özünün geostrateji, iqtisadi mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamış dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir.

Ümummilli lider Azərbaycana rəhbərliyinin birinci dövründə bütün sahələrin inkişafı ilə yanaşı, ölkədə qanunçuluğun, hüquq qaydalarının qorunmasına, vətəndaşların hüquq azadlıqlarının təmin edilməsinə xüsusi diqqət yetirmişdir. Heydər Əliyevin hüquq-mühafizə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətini daim diqqət mərkəzində saxlaması ölkəmizdə haqqın ədalətin zəfər çalmasında, prokurorluq orqanlarının inkişafında müstəsna rol oynamışdır. Prokurorluq orqanlarının əməkdaşlarının bütöv bir nəsli Heydər Əliyev ideyalarından dövlətçilik siyasətindən bəhrələnmiş, onun rəhbərliyi ilə hərtərəfli şəxsiyyət kimi formalaşmışdır.

Qanunçuluq hər kəsin qanun qarşısında hüquq bərabərliyi, insan vətəndaş hüquqlarının təmin olunmasına əsaslanan, demokratik cəmiyyətdə özünəməxsus yer tutan prokurorluq orqanlarının dünya standartlarına uyğun fəaliyyəti ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqillik illərində müdrik rəhbərin tükənməz qayğısı sayəsində çevik, sivil bir orqana çevrilmiş prokurorluğun ölkəmizin hüquq sistemində mövqeyi, rolu nüfuzu daha da yüksəlmişdir.

Ümummilli lider 1998-ci il noyabr ayının 28- prokurorluq orqanlarının yaradılmasının 80 illik yubileyinə həsr edilmiş təntənəli yığıncaqda söylədiyi nitqində demişdir: "Prokurorluq peşəsi ağır, çətin peşədir. Amma eyni zamanda çox şərəfli, hörmətli peşədir. Mən arzu edərdim ki, siz həmişə bu peşəni şərəflə daşıyasınız". Müdrik rəhbərin bu qiymətli kəlamı hər bir prokurorluq işçisinin həyat, gündəlik fəaliyyət devizinə çevrilmişdir. Ulu öndərin təşəbbüsü rəhbərliyi ilə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində 1999-cu ilin dekabr ayında qəbul edilmiş "Prokurorluq haqqında" Azərbaycan Respublikası Qanununda prokurorluğun fəaliyyətinin demokratik prinsiplərə uyğunlaşdırılması, bu təsisatın təşkili, səlahiyyətləri vəzifələri, kadr təminatı işçilərin fəaliyyəti, sosial müdafiəsi ilə bağlı digər məsələlər beynəlxalq standartlara uyğun tənzim edilmişdir.

Ulu öndərin 17 iyul 1998-ci il tarixli Sərəncamı ilə hər il oktyabr ayının 1-nin Prokurorluq İşçilərinin Peşə Bayramı Günü kimi təsis edilməsi dövlət təsisatları sırasında xüsusi yeri olan prokurorluq orqanlarına bu sahədə çalışan əməkdaşlara göstərilən misilsiz qayğının parlaq təzahürüdür. Müdrik rəhbərin 2000-ci il aprel ayının 26-da respublika prokurorluğunun rəhbər işçiləri ilə keçirdiyi görüş hər birimizin yaxşı xatirindədir. Bu görüş prokurorluq orqanlarının tarixində həlledici əhəmiyyətə böyük dönüşə səbəb olmuşdur. Prokurorluğun fəaliyyətini tənzimləyən yeni qanunvericilik qəbul olunmaqla prokurorluq strukturunda fəaliyyəti bu təsisatın yeni vəzifə funksiyaları ilə uzlaşmayan səmərəli olmayan qurumlar ləğv edilmişdir. Prokurorluq orqanlarının strukturu fəaliyyəti təkmilləşdirilərək onun istintaq, təhqiqat əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət, məhkəmələrdə dövlət ittihamının müdafiəsini cinayət işlərinin istintaqını həyata keçirən, həmçinin digər sahələr üzrə müvafiq vəzifələri icra edən qurumlar yenidən təşkil edilmiş, həmin qurumların fəaliyyət dairəsini vəzifələrini müəyyənləşdirən əsasnamələr qəbul edilmişdir. Dövlətimiz tərəfindən prokurorluğun rolunun artırılması istiqamətində mühüm tədbirlər görülmüş, 2002-ci il avqust ayının 24- keçirilmiş ümumxalq səsverməsi yolu ilə prokurorluğa qanunvericilik təşəbbüsü hüququ verilmiş, hüquq sisteminin təkmilləşdirilməsində inkişafında bu təsisatın rolu artırılmışdır.

Ulu öndərin "Sağlam mənəviyyat hər bir prokurorluq işçisi üçün, qanun keşiyində duran bizim hər bir məmurumuz üçün əsas meyar olmalıdır. Əgər bu yoxdursa, o insan qədər yaxşı işləyirsə işləsin, bizim tələblərimizə cavab verə bilməyəcəkdir. Bizim tələbimiz isə qanundur, qanununun aliliyidir" kimi müdrik kəlamı fəaliyyətimizin əsas meyarına çevrilmişdir.

Əbədiyaşar liderin təşəbbüsü ilə başlanan Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə yeni müstəvidə uğurla davam etdirilən məhkəmə-hüquq islahatları nəticəsində prokurorluq demokratik cəmiyyətdə konstitusion statusa malik orqan kimi formalaşmış, qanunun aliliyinə, insan hüquq azadlıqlarının təmin olunmasına, cinayətkarlıqla mübarizəyə, qanunçuluğun hüquq qaydalarının qorunmasına xidmət edən sivil bir quruma çevrilmişdir. Məqsədyönlü şəkildə aparılan mütərəqqi islahatlar sayəsində müstəqil dövlətimizin hüquqi bazası möhkəm təməllər üzərində qurulmuş, insan vətəndaş hüquq azadlıqlarının təmini istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir. Prokurorluq orqanları qısa müddətdə dövlət ittihamının tam demokratik, şəffaf, azad şəkildə həyata keçirildiyi, cəmiyyətdə yüksək etimad vətəndaş məmnunluğu qazandığı ali instansiya olmuşdur.

Ölkə başçısı cənab İlham Əliyevin 3 mart 2004- il tarixli Sərəncamı ilə Respublika Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin yaradılması prokurorluğa göstərilən yüksək etimadın təzahürü olmaqla yanaşı, onun strukturunun daha da təkmilləşdirilməsinə yönəldilmiş, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsində bu sahədə işin səmərəli təşkilində əhəmiyyətli rol oynamışdır.

Prokurorluğun müasir dövrün tələblərinə cavab verən dövlət orqanı səviyyəsində təkmilləşdirilməsində Prezident İlham Əliyevin 27 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı" xüsusi əhəmiyyətə malik olmuşdur. Proqramın icrası ilə əlaqədar prokurorluğun fəaliyyəti müasir dövrün tələblərinə uyğun keyfiyyətcə yeni mərhələyə yüksəlmiş, prokurorluq sistemi onun strukturu daha da təkmilləşdirilmişdir. Prokurorluğun digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqə şəraitində fəaliyyəti nəticəsində kriminogen durumun daha da stabilləşməsinə nail olunmuş, cinayətkarlığa qarşı mübarizənin səmərəliliyinin artırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirlmişdir.

Prokurorluğun fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarından istifadə edilməsi elektron sənəd dövriyyəsinə keçidlə bağlı məsələlərə xüsusi önəm verilir. Dövlətimizin həyata keçirdiyi sosialyönümlü siyasətə uyğun olaraq əhalinin müraciətlərinə həssas münasibət göstərilir, vətəndaşların qəbulu məsələlərinə xüsusi diqqətlə yanaşılır. Vətəndaşların müraciət etmək imkanlarının genişləndirilməsi asanlaşdırılması, müraciətlərdə qaldırılan məsələlərin həlli istiqamətində təxirəsalınmaz tədbirlərin görülməsi, bu sahədə İKT-dən istifadə edilməsi istiqamətində məlumatların ənənəvi kağız forması ilə yanaşı, elektron formatda aparılması digər səmərələşdirici tədbirlər həyata keçirilir.

Müasir, müstəqil Azərbaycan dövlətinin memarı qurucusu, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu müdrik düşünülmüş dövlətçilik kursunun Prezidentimiz, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən yüksək səviyyədə davam inkişaf etdirilməsi nəticəsində 44 günlük Vətən müharibəsində əzəli əbədi torpaqlarımız işğaldan azad olundu. Azərbaycan ordusu müasir hərb tariximizin ən parlaq səhifəsini yazdı. Yeni əsrin yeni müharibə modelini dünyaya təqdim etdi. Misilsiz qələbə, şanlı zəfər Azərbaycanın regionda dünyada mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirdi, ölkəmizi qalib dövlət kimi bütün dünyaya tanıtdı. Ölkə başçısının rəhbərliyi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yaxından iştirakı ilə Qarabağ Şərqi Zəngəzurda nəhəng tikinti-quruculuq, abadlıq işlərinin geniş vüsət alması, doğma yurda "Böyük Qayıdış"ın başlanması ilə sevinir, qürur hissi keçiririk.

Ölkə həyatının bütün sahələrində əldə edilən uğurlar, müasir çağırışlar, qlobal əhəmiyyətə malik prioritet hədəflər prokurorluq işçilərinin qarşısına çox mühüm, təxirəsalınmaz vəzifələr qoyur. Masallı rayonunun prokurorluq işçiləri dövlətimizin qüdrətlənməsinə xalqımızın rifahına xələl gətirə biləcək hallara qarşı barışmaz mövqe tutmaqla ictimai-siyasi sabitliyin qorunmasında, cinayətkarlığa qarşı mübarizənin səmərəliliyinin artırılmasında, insan hüquq azadlıqlarının müdafiəsində, qanunun aliliyinin təmin edilməsində bundan sonra da əzmlə, yüksək məsuliyyət peşəkarlıqla çalışacaqlar.

Vəli MUSTAFAYEV,

Masallı rayon prokuroru,

baş ədliyyə müşaviri.