AZSIĞORTA ASC-nin SIĞORTAÇININ (TƏKRARSIĞORTAÇININ)  və HÜQUQİ ŞƏXS SIĞORTA BROKERİNİN MÜHASİBAT BALANSI (rüblük və illik)
Reklam və elanlar

AZSIĞORTA ASC-nin SIĞORTAÇININ (TƏKRARSIĞORTAÇININ) və HÜQUQİ ŞƏXS SIĞORTA BROKERİNİN MÜHASİBAT BALANSI (rüblük və illik)

"AZSIĞORTA" ASC-nin rəhbərliyinə Cəmiyyətin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərə Müstəqil Auditorun Hesabatı

Rəy

Biz "AZSIĞORTA" Açıq Səhmdar Cəmiyyətinin 31 dekabr 2022-ci il tarixinə maliyyə vəziyyəti haqqında hesabatdan həmin tarixdə başa çatan il üzrə mənfəət ya zərər digər məcmu gəlirlər, kapitalda dəyişikliklər pul vəsaitlərinin hərəkəti haqqında hesabatlardan, eləcə əsas uçot siyasətinin digər izahedici məlumatların xülasəsindən ibarət olan Maliyyə Hesabatlarının audit yoxlamasını apardıq.

Bizim rəyimizə əsasən, əlavə edilmiş Maliyyə Hesabatları Cəmiyyətin 31 dekabr 2022-ci il tarixinə maliyyə vəziyyətini, habelə göstərilən tarixdə başa çatan il üçün maliyyə nəticələrini pul vəsaitlərinin hərəkətini Maliyyə Nazirliyinin normativ sənədlərinə digər qanunvericilik aktlarına uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə ədalətli əks etdirilir.

Rəyin bildirilməsi üçün əsas

Biz auditi Beynəlxalq Audit Standartlarına uyğun aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyət rəyimizin "Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti " bölməsində əks etdirilir. Biz Mühasiblər üçün Beynəlxalq Etika Standartları Şurasının dərc etdiyi Peşəkar Mühasiblərin Etika Məcəlləsinə uyğun olaraq Cəmiyyətdən asılı olmadan müstəqil şəkildə fəaliyyət göstəririk.

Maliyyə hesabatlarına görə rəhbərliyin Cəmiyyətin idarəedilməsinə cavabdeh olan səlahiyyətli şəxslərin məsuliyyəti

Rəhbərlik hazırkı Maliyyə Hesabatlarını Maliyyə Nazirliyinin normativ sənədlərinə digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanması düzgün təqdim edilməsi, eləcə fırıldaqçılıq yaxud səhv nəticəsində yaranmasından asılı olmayaraq, əhəmiyyətli təhriflər olmayan Maliyyə Hesabatlarının hazırlanması üçün rəhbərliyin zəruri hesab etdiyi daxili nəzarət sisteminə görə məsuliyyət daşıyır.

Maliyyə Hesabatlarının hazırlanması zamanı rəhbərlik Cəmiyyəti ləğv etmək ya onun fəaliyyətini dayandırmaq istəyi, yaxud bundan başqa, hər hansı digər real alternativi olmadığı hallar istisna olmaqla, Cəmiyyətin öz fəaliyyətini fasiləsiz davam etdirmək qabiliyyətinin qiymətləndirilməsi, uyğun olduqda fəaliyyətin fasiləsizliyi ilə bağlı məlumatların açıqlanması fəaliyyətin fasiləsizliyi prinsipinə əsasən Maliyyə Hesabatlarının hazırlanmasına görə məsuliyyət daşıyır.

Cəmiyyətin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslər Cəmiyyətin Maliyyə Hesabatlarının hazırlanması prosesinə nəzarət üçün məsuliyyət daşıyırlar.

Maliyyə Hesabatlarının auditinə görə auditorun məsuliyyəti

Bizim məqsədimiz saxtakarlıq, yaxud səhv nəticəsində yaranmasından asılı olmayaraq Cəmiyyətin Maliyyə Hesabatlarında əhəmiyyətli səhvlərə yol verilmədiyinə dair kifayət qədər əminlik əldə etmək rəyimizi özündə əks etdirən auditor hesabatının hazırlanmasından ibarətdir. Kifayət qədər əminlik dedikdə, yüksək əminlik səviyyəsi nəzərdə tutulur. Lakin belə əminlik səviyyəsi Beynəlxalq Audit Standartlarına uyğun auditin aparılması zamanı bütün əhəmiyyətli təhriflərin aşkar olunacağına zəmanət vermir. Fırıldaqçılıq ya səhv nəticəsində yarana biləcək təhriflər o halda əhəmiyyətli hesab edilir ki, onlar ayrı-ayrılıqda ya bütövlükdə Cəmiyyətin Maliyyə Hesabatları əsasında istifadəçilərin qəbul etdikləri iqtisadi qərarlara təsir göstərə bilsin.

Beynəlxalq Audit Standartlarına uyğun aparılmış audit çərçivəsində biz auditin aparıldığı bütün müddət ərzində peşəkar mülahizələr irəli sürür peşəkar skeptisizmi saxlayırıq. Bundan əlavə biz:

4Saxtakarlıq, yaxud səhv nəticəsində yaranmasından asılı olmayaraq Cəmiyyətin Maliyyə Hesabatlarının əhəmiyyətli dərəcədə təhrif edilməsi risklərini müəyyən edir qiymətləndirir, bu risklərə qarşı audit prosedurları işləyib hazırlayır tətbiq edir; rəyimizin bildirilməsi üçün yetərli müvafiq əsası təmin edən audit sübutu əldə edirik. Fırıldaqçılıq nəticəsində yaranan əhəmiyyətli təhriflərin aşkar edilməməsi riski səhv nəticəsində yaranan əhəmiyyətli təhriflərin aşkar edilməməsi riskindən yüksəkdir. Belə ki, fırıldaqçılıq gizli sövdələşmə, saxtakarlıq, məlumatların bilərəkdən göstərilməməsi, təhrif edilmiş şəkildə təqdim edilməsi ya daxili nəzarət sistemində sui-istifadə hallarını nəzərdə tutur.

4Cəmiyyətin daxili nəzarət sisteminin effektivliyi barədə rəy bildirmək üçün deyil, şəraitə uyğun audit prosedurlarının işlənib hazırlanması məqsədilə audit üçün əhəmiyyətli olan daxili nəzarət sistemi üzrə məlumat əldə edirik.

4Tətbiq edilən uçot siyasətlərinin uyğunluğunu, uçot təxminlərinin rəhbərlik tərəfindən hazırlanmış müvafiq açıqlamaların əsaslı olduğunu qiymətləndiririk.

4Fəaliyyətin fasiləsizliyi ilə bağlı rəhbərliyin mülahizələrinin uyğunluğu əldə edilmiş audit sübutlarına əsasən Cəmiyyətin fasiləsiz fəaliyyət göstərmək qabiliyyəti ilə bağlı əhəmiyyətli dərəcədə şübhə yarada biləcək hadisə şərait üzrə qeyri-müəyyənliyin mövcud olub-olmamasına dair fikir bildiririk. Əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olduğu barədə nəticəyə gəldikdə, biz auditor rəyimizdə diqqəti maliyyə hesabatlaındakı müvafiq açıqlamalara cəlb etməli, belə açıqlamalar yetərli olmadıqda, rəyimizi dəyişdirməliyik. Nəticələrimiz auditor hesabatının tarixinədək əldə edilmiş audit sübutlarına əsaslanır. Lakin gələcək hadisə şəraitlər Cəmiyyətin fasiləsiz fəaliyyət göstərmək qabiliyyətini dayandırmasına səbəb ola bilər.

4Cəmiyyətin Maliyyə Hesabatlarının ümumi təqdimatını, strukturunu məzmununu, o cümlədən açıqlamaları Maliyyə Hesabatlarında mövcud əməliyyatlar hadisələrin düzgün təqdim edilməsini qiymətləndiririk.

Biz digər məsələlərlə yanaşı, planlaşdırılan audit prosedurlarının həcmi vaxtı, əhəmiyyətli audit nəticələri, eləcə audit prosesində müəyyən etdiyimiz daxili nəzarət sistemindəki əhəmiyyətli çatışmazlıqlar barədə məlumat təqdim edirik.

M ənd J KonsaltinqMMC

28 mart 2023- il

Bakı, Azərbaycan Respublikası.