BOL MƏHSUL GÖZLƏNİLƏN TAXIL ZƏMİLƏRİ
İQTİSADİYYAT

BOL MƏHSUL GÖZLƏNİLƏN TAXIL ZƏMİLƏRİ

Ulu öndər Heydər Əliyevin xalqın təkidli xahişi ilə 1993- ilin iyununda hakimiyyətə gəlişindən sonra, bir çox sahələr kimi kənd təsərrüfatında da 90- illərin əvvəllərindən özünü kəskin büruzə verən tənəzzül meyilləri dayandırılmış, səmərəli islahatların təməli qoyulmuşdur.

Bu kursu keyfiyyətcə yeni mərhələdə uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin çevik işlək mexanizmlər əsasında gerçəkləşdirdiyi islahatlar nəticəsində respublikada aqrar-sənaye kompleksini inkişaf etdirmək, ərzaq təminatını yaxşılaşdırmaq üçün ilk növbədə qanunvericilik bazası möhkəmləndirilmişdir. Dövlət başçısının müvafiq fərman sərəncamları, eləcə regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət proqramlarının uğurla icrası kənd təsərrüfatının da dinamik inkişafını təmin etmişdir.

Qabaqcıl aqrar rayonlardan olan Goranboyda da kənd təsərrüfatının inkişaf etdirilməsi üçün mühüm addımlar atılmışdır. Rayonda da bu gün qarşıda duran əsas məqsəd iri kənd təsərrüfatı müəssisələrinin potensialını genişləndirmək, rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsulları istehsal etmək məhsuldarlığı artırmaqdır. Həyata keçirilən səmərəli məqsədyönlü tədbirlərin nəticəsidir ki, hər ildə olduğu kimi, bu il bol məhsul gözlənilir. Rayon rəhbərliyi mütəxəssislər tez-tez sahələrə baş çəkir, məhsulun itkiyə getməməsi üçün bütün imkanlardan istifadə edirlər.

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri ilə birgə bu günlərdə Səmədabad kəndi ərazisində taxıl zəmisində olub, aparılan biçinlə yerində maraqlanıb öz tövsiyələrini verib. Ümumilikdə, rayonda cari ilin məhsulu üçün  23650 hektar sahədə taxıl bitkisi, o cümlədən 15269 hektar sahədə arpa 8381 hektar sahədə buğda əkilmişdir. Aqrotexniki qulluq suvarma səmərəli aparıldığından bol məhsulun olması müşahidə olunur. Məhsulun vaxtında itkisiz yığılması üçün məqsədyönlü tədbirlər görülmüşdür.

Zabit XƏLİLOV,

"Respublika".