Cari ilin 7 ayında pensiya ödənişləri 15 faiz artıb
Sosial həyat

Cari ilin 7 ayında pensiya ödənişləri 15 faiz artıb

Cari ilin 7 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 15 faiz (439 milyon manat) çox olmaqla 3 milyard 319 milyon manat vəsait yönəldilib.

"Respublika" xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.