Cənubi Qafqazda sülh və əməkdaşlıq vacibdir
Siyasət

Cənubi Qafqazda sülh və əməkdaşlıq vacibdir

Bu, qlobal mənada da böyük əhəmiyyət kəsb edir

"Bu gün Xəzər, Mərkəzi Asiya, Cənubi Qafqaz regionlarının sülhə sabitliyə ehtiyacı var". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev mətbuata bəyanatında deyib. Qeyd edib ki, bunun əsası əlbəttə ki, liderlərin siyasi iradəsi, eləcə iqtisadi zəminlərdir. Fikrimcə, bu gün əmtəə dövriyyəsinin artırılması, investisiya layihələri, nəqliyyat-logistika istiqamətləri, kənd təsərrüfatında əməkdaşlığın dərinləşməsi ilə bağlı layihələr barəsində əldə etdiyimiz razılaşmalar - bütün bunlar həm əmtəə dövriyyəsinin artırılması, həm ölkələrimiz xalqlarımız arasında daha artıq əməkdaşlıq üçün gözəl imkanlar yaradacaq.

Bu gün Azərbaycan Qafqazda sülhü təbliğ edir. Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmuş sülh gündəliyi təşəbbüsləri Cənubi Qafqazda regional inkişaf üçün yeni imkanların yaradılmasına yönəldilib. Bu, təkcə Azərbaycan Ermənistan arasında deyil, ümumiyyətlə Cənubi Qafqaza aid olan məsələdir. Ötən il ADA Universitetində "Cənubi Qafqaz: İnkişaf əməkdaşlıq" mövzusunda beynəlxalq konfransda çıxışında ölkə başçısı bildirib ki, Ermənistan əgər Cənubi Qafqazın ümumi təhlükəsizliyinə töhfə verməsə, kənarda qalsa, bir ada kimi təcridetmə siyasəti yeritsə, hər şeydən çox özləri ziyan çəkəcək. Azərbaycan regionun aparıcı dövləti kimi Cənubi Qafqazın lider ölkəsidir. Onun iştirakı olmadan burada inkişaf, əməkdaşlıq mümkündür.

İşğaldan azad olunmuş ərazilərin dirçəldilməsi məsələləri ətrafında aparılan müzakirələrdə Azərbaycanın bu istiqamətlərdə gördüyü işləri ləngidən amillər müəyyən edilmişdir. Belə amillərdən biri kimi, Ermənistanın mina xəritələrini hələ Azərbaycana təqdim etməməsini göstərmək lazımdır. Aydındır ki, Ermənistan hökuməti bu addımı atmaqla işğaldan azad edilmiş ərazilərə həmin yerlərin əsl sahiblərinin qayıdışını mümkün qədər ləngitmək istəyir. Ermənistan işğal dövründə ərazilərdə bir miyondan artıq mina basdırıb. Bu ölümsaçan qurğuları zərərsizləşdirmədən həmin ərazilərdə heç bir aparıla bilməz. 30 il ərzində bizim şəhər kəndlərimiz qəsdən dağıdıldı, bütün mədəni dini abidələrimiz talan təhqir edildi, Azərbaycan xalqının həmin ərazilərdən tarixi izlərinin silinməsi üçün ermənilərin etmədikləri vəhşilik qalmadı. İşğalçılar 9 şəhər yüzlərlə kəndimizi yer üzündən tamamilə siliblər. Lakin bütün bunlara baxmayaraq, Azərbaycan yenə müharibə səhifəsini çevirmək, münasibətləri normallaşdırmaq bir-birinin suverenliyinin ərazi bütövlüyünün qarşılıqlı tanınması prinsipi əsasında Ermənistanla sülh müqaviləsi imzalamaq istəyindədir. Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır, dövlətimiz onların hüquqlarını təhlükəsizliyini təmin etməyə hazırdır. Çünki Azərbaycan multikultural dəyərlər tolerantlıq nümunəsidir.

"Prezident İlham Əliyev Cənubi Qafqazda sülhün sabitliyin təmin olunmasında həlledici rol oynayır". Bunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Volkan Bozkır deyib. Prezident İlham Əliyevin liderliyi, qətiyyəti uzaqgörənliyi regionda sülhün sabitliyin qorunub saxlanmasında mühüm əhəmiyyət kəsb edir. Ölkə başçımızın uzaqgörən siyasəti sayəsində Cənubi Qafqaz yenidən dirçəlir. Nəqliyyat infrastrukturunun qurulması üzrə irimiqyaslı layihələr ölkəmizi beynəlxalq nəqliyyat logistika mərkəzinə çevirir, ticari-iqtisadi fəallığın artırılması üçün yeni imkanlar açılır. Zəngəzur dəhlizi təkcə bütün Qafqazda deyil, həm Avropanı Asiya ilə əlaqələndirərək Avrasiyada regional əlaqələrin genişləndirilməsində həlledici rol oynayacaq. Cənub Qaz Dəhlizi Xəzər dənizindən qazın Avropa bazarlarına nəqli üzrə strateji təşəbbüsdür Avropaya enerji təchizatının təhlükəsizliyini yaxşılaşdırmaq üçün əsas vasitədir. Azərbaycan ilə arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırıla bilən etibarlı əməkdaşlıq əlaqələrinin olması təkcə region üçün deyil, həm daha qlobal mənada böyük əhəmiyyət kəsb edir.

Ölkə başçısı bildirib ki, Azərbaycan indi Qarabağda geniş bərpa-quruculuq işləri aparmaqla dünyaya göstərir ki, torpağın əsl sahibi kimdir biz dağıtmağa yox, qurmağa qadir bir millətik. Artıq gələcək inkişafın yol xəritəsi müəyyənləşdirilib biz öz yolumuza davam edirik. Əlbəttə ki, regionda sülh əməkdaşlıq olacaqsa bu inkişaf hamının - bizim qonşularımızın xeyrinə olacaqdır. Regionda açılacaq yeni nəqliyyat dəhlizlərinin, xüsusilə Zəngəzur dəhlizinin önəminə diqqət yetirilməsi Azərbaycanın bu məsələdə prinsipial mövqedə olduğunu göstərdi. Bütövlükdə iqtisadi münasibətlərin bərpası, nəqliyyat dəhlizlərinin qısa müddətdə işə salınması bir tərəfdən region üçün böyük əhəmiyyət daşıyırsa, digər tərəfdən iqtisadiyyatı ianələr üzərinə qurulan Ermənistanın özü üçün yeganə çıxış yoludur.

Ölkəmiz üçün onun ərazi bütövlüyü, təhlükəsizliyi vətəndaşlarının öz doğma yurd-yuvasında azad-firavan yaşaması prioritet məsələdir Azərbaycanı heç bir qüvvə bu yoldan döndərə bilməz. Laçına qayıdan soydaşlarımızla görüşündə Azərbaycan Prezidenti çox önəmli mesajlar verdi. İşğal postmünaqişə dövrünün reallıqlarından geniş bəhs edən dövlət başçısı bildirdi ki, delimitasiya, sülh müqaviləsi beynəlxalq şərtlər əsasında olmalıdır, Naxçıvana yolumuz açılmalıdır. Qarabağda hələ kök salmış Ermənistan ordusunun qalıqları oradan çıxarılmalıdır. Vətən müharibəsindən sonra bütün Cənubi Qafqazda yeni reallıq yaranıb bunu artıq dünya da qəbul etməyə başlayıb. Regionda təhlükəsizlik konfiqurasiyası tamamilə dəyişib, faktiki olaraq 30 il davam edən münaqişəyə son qoyulub. Bu baxımdan, bölgədə iqtisadi siyasi maraqları olan güclər öz siyasətini yeni reallığa uyğunlaşdırır.

Azərbaycan Rusiya prezidentlərinin görüşündə müzakirə olunan məsələlərə dair fikir ayrılığının olmaması Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin regiona səfəri zamanı keçmiş "Dağlıq Qarabağ" ifadəsini işlətməməsi artıq dünyanın aparıcı ölkələrinin təşkilatlarının yeni reallıqları düzgün qiymətləndirməsinin nəticəsi kimi şərh edilə bilər Azərbaycanın həyata keçirdiyi siyasətin ciddi strateji hesablamalara əsaslandığını göstərir. Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə iki ölkə liderləri arasında çoxsaylı görüşlər keçirilir. Zəngəzur dəhlizinin açılmasında maraqlı olan tərəf yalnız Azərbaycan deyil. Bu, artıq yeni geosiyasi reallıqların diktə etdiyi bir prosesdir. Ermənistanda bunu qədər tez başa düşsələr, bir o qədər yaxşı olar. Əks halda, proseslərin gedişini əngəlləmək cəhdləri Ermənistan üçün sadəcə vaxt enerji itkisinə səbəb olacaq. İndi Cənubi Qafqazın sülhə, sabitliyə əməkdaşlığa ehtiyacı var. Bu, bütün region xalqlarının, eləcə regionda maraqları olan güclərin mənafelərinə uyğundur.

Mustafa KAMAL,

"Respublika".