Çexiya və Polşa Aİ-dən yardım gözləyirlər
Dünya xəbərləri

Çexiya və Polşa Aİ-dən yardım gözləyirlər

Çexiya və Polşa öz ərazilərində yerləşən Ukraynadan olan qaçqınlarla bağlı vəziyyətin həllində Avropa ölkələrindən və Avropa İttifaqının rəhbər orqanlarından yardım gözləyir.

"Respublika" xəbər verir ki, bunu Çexiyanın Baş naziri Petr Fiala cümə axşamı Katovitsedə Çexiya və Polşa hökumətləri arasında keçirilən məsləhətləşmələrdən sonra deyib.

“Çexiya və Polşa canlarını qurtarmaq üçün Ukraynanı tələsik tərk edən insanların əksəriyyətini qəbul edən ölkələrdir. Biz birlikdə çalışmalıyıq ki, Avropada tez-tez danışılan həmrəylik bizə də şamil edilsin. Digər Avropa ölkələrini və Avropa İttifaqının qurumlarını inandırmaq lazımdır ki, onlar bizim vəziyyətimizə daha çox diqqət yetirməlidirlər” – deyə Petr Fiala bildirib.