Ekoloji aksiya davam edir
Digər xəbərlər

Ekoloji aksiya davam edir

Ötən ilin dekabrından başlayan Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən dinc aksiya 128 gündür ki, davam edir.

Ekofəallar soyuq hava şəraitinə baxmayaraq, öz haqlı mübarizələrindən geri dönmür tələbləri yerinə yetirilməyənə qədər dönməyəcəklər. Ekofəalların tələbləri isə bundan ibarətdirErmənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd gömrük nəzarəti postlarının yaradılması, torpaqlarımızda ekoloji terrora son qoyulması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasıdır.

Azərbaycan gəncliyinin öz torpaqları, haqq hüquqları üçün soyuq-isti, gecə-gündüz demədən mübarizələrinə davam etməsi onların gücünü bir daha sübut etdi. Vətən müharibəsində olduğu kimi, Azərbaycan gəncliyinin dözümlülüyü öz əksini tapdı. "O gənclərə eşq olsun demək istəyirəm. Onlar bizim fəxrimizdir". Bu sözləri öz müsahibəsində Prezident İlham Əliyev bildirib. O, Azərbaycan gəncliyini yüksək səviyyədə dəyərləndirdiyini deyib: "Gecə-gündüz şaxtalı-qarlı havada ordadırlar. Öz haqlarını tələb edirlər bir Azərbaycan gəncinin qədər yüksək keyfiyyətlərə malik olmasını bütün dünyaya göstərirlər".

Həmçinin dinc etiraz aksiyasına Türkiyə, Gürcüstan, Qırğızıstan, İsveçrə, Avstriya, həmçinin Pakistandakı Dayanıqlı İnkişaf üzrə Qlobal Strateji İnstitut Gənc Diplomatlar Forumu, İndoneziyanı təmsil edən İndoneziya Milli Gənclər Şurası, İndoneziya İƏT Gənclər Təşkilatı, Gürcüstan Müsəlman Gənclər Mərkəzi, Qırğızıstanın Gənclər Təşkilatı da dəstək bəyanatı ilə çıxış ediblər.

Türkiyə xəbər saytları dinc aksiyanı dəstəklədiklərini erməni mediasının yaydığı məlumatların yalan olduğunu vurğulayıblar: "Ermənistan hakimiyyətinin mülki şəxslərin Laçın dəhlizindən keçməsinə icazə verilməməsi ilə bağlı iddiaları Azərbaycan tərəfindən təkzib edilib. Rusiya qüvvələrinin barikadaları səbəbindən yolun bağlı olduğunu qeyd edən Azərbaycan hakimiyyəti mülki keçidlərə heç bir maneənin olmadığını bildirir. Etiraz zonasından çəkilmiş görüntülər dəhlizin mülki şəxslər üçün açıq olduğunu təsdiqləyir. Sosial mediada Rusiya qüvvələrinə aid humanitar yardım aparan vasitələrin yoldan istifadə etdiyini göstərən çoxlu görüntülərdə rus əsgərlərinin ailələrinin yolu maneəsiz keçdiyi görünür", - deyə Türkiyə mediası bildirib.

İsveçrənin Davos şəhərində küçə boyu "Azərbaycanın təbii sərvətlərinin qeyri-qanuni istismarını dayandırın!", "Azərbaycan ərazilərində ekoloji terrorun törədilməsinə son qoyulsun!" şüarları yer alıb.

Avstriyadakı həmyerlilərimiz Vyana şəhərində BMT bölməsinin yerləşdiyi mərkəzin qarşısında ekofəallara dəstək aksiyası keçiriblər. Onlar: "Azərbaycanın təbii sərvətlərinin talanmasına etiraz edirik!", "Erməni ekosidinə son!", "Azərbaycan ərazilərində ekoloji terroru dayandırın!" s. kimi şüarlarla çıxış ediblər.

Qeyd edək ki, aksiya iştirakçıları soyuq hava şəraitinə baxmayaraq, öz haqlı mübarizələrindən geri dönmür tələbləri yerinə yetirilməyənə qədər dönməyəcəklər. Onlar günlərini  Azərbaycanın Dövlət Himni ilə açıb, vətənpərvər mahnılarla davam etdirirlər. Aksiya iştirakçıları:  "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!", "Azərbaycan vahiddir, sərvətinə sahibdir!", "Ekoloji cinayətə son!", "Stop ekoterror!", "Bereqite prirodu!", "Gkoüidu net! Monitorinqu da!" s. kimi şüarlar səsləndirirlər. Azərbaycan gəncliyi bir daha dünyaya öz gücünü göstərəcək.

Qeyd edək ki, ötən il dekabrın 3- 7- Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. Buna əsasən , 2022-ci il dekabrın 12-dən etibarən dinc aksiya başlayıb.

Töhfə SƏMƏDOVA,

"Respublika".