Ermənistan müstəmləkəyə çevrildiyindən müstəqil qərar verə bilmir
Digər xəbərlər

Ermənistan müstəmləkəyə çevrildiyindən müstəqil qərar verə bilmir

Azərbaycan daim sülh tərəfdarı olub. Biz Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərdən görürük ki, Azərbaycan bütün məsələləri sülh yolu ilə beynəlxalq hüquq prinsiplərin tələblərinə uyğun şəkildə həyata keçirməyə çalışır. Baxmayaraq ki, Ermənistan tərəfindən işğal Azərbaycanda humanitar fəlakətə səbəb olmuşdu. İşğal nəticəsində bir milyondan artıq azərbaycanlı yurdsuz qalmış, qaçqın məcburi köçkünə çevrilmişdi.

İşğaldan azad olunmuş ərazilərdə 2 il yarım ərzində böyük işlər görülüb. Azərbaycan dövləti quruculuq-tikinti işləri ilə həmin əraziləri tez bir zamanda dirçəltməyi azad olunmuş torpaqlarımızın sakinlərini evlərinə qaytarmağı hədəfləyib. Bunun üçün planlı şəkildə əməli addımlar atılır. Ermənistanın viran qoyduğu doğma torpaqlarımızı abad etməklə biz Qarabağımızı dünyanın ən gözəl guşələrindən birinə çevirəcəyik. Bunun üçünsə müəyyən addımların atılması artıq labüddür.

Prezident İlham Əliyev "Dünya bu gün: çağırışlar ümidlər" mövzusunda X Qlobal Bakı Forumunda çıxışı zamanı qeyd etdi ki, regionda sabitliyin hökm sürməsi üçün Ermənistanla sülh müqaviləsi imzalanmalıdır. Hazırda sülh üçün vaxt yetişib. Biz güc tətbiq etməklə işğalda olan torpaqlarımızı azad etdik. Qisasımızı döyüş meydanında aldıq. İndi isə artıq müharibəni geridə qoymuşuq. Dünyada gedən proseslər, həmçinin regiondakı vəziyyət yeni sülh müqaviləsinin imzalanmasını labüd edir. Azərbaycan müharibə bitdikdən dərhal sonra sülh danışıqlarına başlamaq üçün təşəbbüs irəli sürdü Ermənistanla sülh müqaviləsinin əsasını təşkil edəcək beş məlum prinsipi təqdim etdi. Əslində, bəzi məqamlarda Ermənistanın sülh müqaviləsini imzalamaq, prinsiplərlə razılaşmaq cəhdlərini görürük. Ancaq bəzən iki ölkə arasındakı vasitəçi qüvvələr bu müqavilənin imzalanmasında müəyyən problemlər yaradırlar. Hazırda rəsmi İrəvan üçün öz qonşuları ilə normal davranmaq şansı yaranıb. Azərbaycan sülh istəyir. Biz hər hansı digər müharibəni istəmirik. Ötən ilin oktyabrında Azərbaycan ilə Ermənistan arasında razılaşdırılmış məsələlər, xüsusən bir-birinin suverenliyinə ərazi bütövlüyünə hörmət əslində, onu göstərir ki, sülhə nail olmaqda maneə yoxdur. Ancaq gedən proseslərdən görünür ki, Ermənistan bu cür məsələlərdə artıq müstəqil qərar verə bilmir. Ermənistan digər ölkənin hazırda, ola bilsin, ölkələrin müstəmləkəsinə çevrilib. Ümid edirik ki, vasitəçiliyə cəhd göstərən beynəlxalq iştirakçılar Ermənistanı müstəqilliyini qorumaq şansını əldən buraxmamaq üçün dilə gətirəcəklər.

Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin həyatı işğal dövründən fərqli olaraq daha yaxşı olacaq. Azərbaycan çoxkonfessiyalı, çoxmillətli ölkədir. Azlıqların hüquqları Konstitusiyamızla qorunur. Burada real vəziyyətlə tanış olan hər kəs deyə bilər ki, Azərbaycan yüksək dini etnik dözümlülüyü ilə seçilən, müxtəlif etnik qrupların, konfessiyaların nümayəndələrinin dinc ləyaqətli şəkildə yaşadığı ölkədir.

Vüqar İSKƏNDƏROV,

Milli Məclisin deputatı.