Ətraf mühitin qorunması prioritetdir
Ekologiya

Ətraf mühitin qorunması prioritetdir

Elmi-texniki sənayenin sürətli inkişafının müsbət təsirləri olduğu kimi, mənfi tərəfləri var. Mənfi təsirlərə nəzər yetirsək, müasir dünyamızdakı dəyişikliyin ətraf mühitə kifayət qədər zərər verdiyini görmək mümkündür. Təsadüfi deyil ki, BMT Baş Assambleyasının 1972-ci il iyunun 5- Stokholm şəhərində baş tutmuş iclasında ətraf mühitin qorunması məsələsinə xüsusi diqqət yetirilmişdir. İclas çərçivəsində problemin həllinin aradan qaldırılması istiqamətində əhali arasında ekoloji maarifləndirmənin vacibliyi bir daha təsdiqlənmişdir. Bunun nəticəsidir ki, iştirakçılar tərəfindən hər il 5 iyun tarixinin "Ümumdünya ətraf mühit günü" kimi qeyd olunması qərara alınmışdır.

Bu gün dünyanın digər dövlətlərində olduğu kimi, Azərbaycanda da qeyd edilir. Ölkəmizdə ətraf mühitin mühafizəsi ekoloji problemlərin həlli ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderimizin Azərbaycana birinci rəhbərliyi dövründə həyata keçirilmiş kompleks tədbirlər, yaşıllaşdırma işləri bunun təzahürüdür. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra respublikamızda yüz min hektarlarla yeni yaşıllıq zolaqları salınmış, bu sahədə zəngin qanunvericilik bazası formalaşdırılmışdır. Bundan başqa, "Ekoloji təhlükəsizlik haqqında", "Ətraf mühitin mühafizəsi haqqında", "Xüsusi mühafizə olunan təbiət əraziləri obyektləri haqqında" bir sıra qanunların qəbul olunması dövlətimizin təbiətə olan diqqət qayğısının göstəricisidir.

Ümummilli liderimizin əsasını qoyduğu ekoloji siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ekoloji məsələlərə həsr olunmuş müşavirələrin, beynəlxalq ekologiya sərgilərinin keçirilməsi bunun göstəricisidir. Təsadüfi deyil ki, ölkəmiz planetin mövcud təbii sərvətlərindən, bitki heyvan ehtiyatlarından, sudan, atmosferdən, torpaqdan səmərəli istifadə edilməsi, qorunması bərpası məqsədilə bir sıra ekoloji konvensiyalara da qoşulmuşdur.

Ətraf mühitin qorunması məsələsi ölkəmizin davamlı inkişaf konsepsiyasının tərkib hissəsidir. Həmçinin ekoloji təhlükəsizliyin təmin olunması məqsədilə ətraf mühitin çirklənməsinin minimuma endirilməsi, təbii sərvətlərdən səmərəli istifadə ekoloji siyasətin əsas istiqamətlərindəndir. Bu sahədə Ekologiya Təbii Sərvətlər Nazirliyinin rolu danılmazdır. Belə ki, qurum tərəfindən ekoloji problemlərin həllinə yönəldilmiş tədbirlərin səmərəliliyini artırmaq, operativ həllini təmin etmək, o cümlədən ətraf mühiti sağlamlaşdırmaq məqsədilə mühüm addımlar atılır. Mövcud ekoloji problemlərin təhlili, onların kompleks həllinə yönəldilən davamlı inkişaf prinsiplərinə əsaslanan milli Dövlət proqramlarının təsdiqi görülən işlərin yüksək səviyyədə olmasından xəbər verir. Belə ki, mayın 30-da "Yaşıl enerji" təmiz ətraf mühit: Bizneslər üçün inkişaf perspektivləri" mövzusunda ictimai müzakirənin keçirilməsi dövlətin təbiətin mühafizəsinə göstərdiyi dəstəyi ehtiva edir. Müzakirə özəl qurumların iştirakı ilə alternativ enerji mənbələrinə, ekoloji təmiz texnologiyaların tətbiqinə, tullantıların təkrar emalına, ətraf mühitin sağlamlaşdırılmasına həsr olunmuşdur. Tədbir çərçivəsində Ekologiya təbii sərvətlər naziri Muxtar Babayev çıxışında sudan səmərəli istifadə, təkrar emal, bu sahələrdə innovativ texnologiyaların tətbiqi kimi məsələlərə toxunmuşdur. Nazir, həmçinin "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədinin "Təmiz ətraf mühit yaşıl artım ölkəsi" prioritetində qarşıya qoyulmuş tapşırıqların icrası məqsədilə son illərdə iqtisadiyyatın dekarbonizasiyasına yönəlmiş siyasi, iqtisadi qanunvericilik islahatları aparıldığını da vurğulamışdır.

Ətraf mühitə zərər verən daha bir amil müharibələrdir. Ermənistanın 30 il işğal altında saxladığı Azərbaycan torpaqlarında təbiətə, bioloji müxtəlifliyə, meşələrə, yeraltı yerüstü təbii ehtiyatlara vurduğu ciddi ziyan ekoloji terror aktları kimi qiymətləndirilir. Xatırladaq ki, xain düşmən işğal dövründə milli parklar da daxil olmaqla qorunan təbiət ərazilərini genişmiqyaslı yanğınlara səbəb olan raket atəşinə tutulmuşdur. Bundan əlavə, Şuşa şəhəri yaxınlığındakı meşələrdə qiymətli ağaclar fosfor silahlarından istifadə nəticəsində yanmış, torpağın üst təbəqəsi tamamilə məhv olmuşdur. Bunu da qeyd edək ki, istifadəsi qadağan olunmuş fosforla Topxana meşəsinin məhvi, Kəlbəcərdə ağacların kəsilməsi, meşələrin yandırılması ətraf mühitə qəsdən zərər verilməsi təbiətə qarşı ən ağır cinayətlərdən hesab edilir. Üzdəniraqların bu cür barbarlığı, vəhşiliyi yayılan foto videolarda daha aydın nəzərə çarpmışdır. Həmin ekoloji cinayətləri "Azərkosmos"dan alınan fotofaktlarda da görmək mümkündür. Bütün bunlara baxmayaraq, hazırda işğaldan azad edilmiş ərazilərdə təbiət canlanır, yaşıl enerji mərkəzlərinə çevrilir. Ekologiyaya ən çox zərər verən minalardır ki, hazırda partlayıcı qurğuların təmizlənməsi istiqamətində mühüm işlər görülür.

Nəzrin ELDARQIZI,

"Respublika".