Fransada islamofobiya tüğyanı
Digər xəbərlər

Fransada islamofobiya tüğyanı

Son illər bəzi Avropa ölkələrində islamofobiya faktoru özünü daha çox büruzə verir. Bu baxımdan, ən çox diqqət cəlb edən ölkə məhz Fransadır. Belə ki, Fransada gün keçdikcə islamofobiya meyilləri tüğyan edir. Ölkədə  təxminən 5 milyondan çox müsəlman yaşayır ki, bu da ümumilikdə fransızların 10 faizini təşkil edir. Hökumət buradakı müsəlmanlara qarşı ayrı-seçkilik siyasəti yürüdür, onları dövlətçiliyə münasibətdə separatizmdə günahlandırır. Bunlar kifayət deyilmiş kimi, Fransa mövcud kriminogen vəziyyətin səbəbinin müsəlmanlar olduğunu iddia edir. Sözdə hər xalqın dəyərlərinə ehtiramla yanaşan Fransada islamofobiya artıq dövlət səviyyəsinə yüksəlmişdir. Mətbu orqanlarında islam dünyasının müqəddəslərinin şəxsiyyətinin məsxərəyə qoyulması bunun təzahürüdür. Görünür, Fransanın məqsədi Avropa ilə müsəlman ölkələri arasında qarşıdurma yaratmaqdır.

İkinci Qarabağ savaşında da Fransanın islamofobiya faktoru özünü aydın şəkildə təsdiqləmişdir. Fransadakı müsəlman əhalinin vəziyyətinə nəzər yetirsək, onların təqib təhqir olunmasının artıq tendensiyaya çevrildiyini görmək mümkündür. Ən diqqətçəkən məqamlardan biri xain əməllərin əvvəlcədən planlaşdırılması siyasi dəstək əsasında həyata keçirilməsidir. Təsadüfi deyil ki, Fransada siyasi dəyərlər aşınmaya məruz qalmaqla yanaşı, ölkədə ideoloji, mənəvi dini ayrı-seçkilik artır. Makron hakimiyyətə gəldikdən sonra isə ölkədəki islamofobiya daha geniş vüsət almışdır. Makron hakimiyyəti nəinki müxtəlif adlar altında qanunlar qəbul edilməsinə nail olmuş, hətta islamofobiyanın təşviqinə çalışmışdır. 2021-ci il 21 avqust tarixində Fransada qəbul olunan "Respublika prinsiplərinə hörmətin möhkəmləndirilməsi haqqında" qanun da müsəlmanlara qarşı olan antipatiyanın bariz nümunəsidir. Belə ki, qanuna müvafiq olaraq müsəlmanlara nəzarət edilməsi üçün 101 struktur yaradılmış, 24 min 887 müsəlman təşkilatı, müəssisəsi qara siyahıya alınmışdır. Fransanın dini ayrı-seçkilik siyasəti nəticəsində 4 müsəlman məktəbinin, 37 məscidin, 210 müəssisənin fəaliyyəti dayandırılmışdır. Sadaladıqlarımız bir daha Makron hakimiyyətinin müsəlmanlara qarşı diskriminasiya siyasətinin sistemli xarakter aldığını təsdiqləyir. Bir sözlə, Fransa hökuməti sivilizasiyaların toqquşması tezisinin təbliğatı ilə məşğul olur. Fransada doğulan müsəlman vətəndaşların birbaşa qara siyahıya düşməsi, ölkə polisinin onlara nifrəti bunun təzahürüdür. Digər bir vacib məqam, Fransada müsəlmanlara qarşı mədəni, siyasi baxımdan qərəzli münasibət bəslənilməsidir. Demək yerinə düşər ki, Fransada, həmçinin müsəlmanlara qarşı qadağalar artır, dini məktəblər bağlanır, dərnəklər ləğv edilir, məscid tikintisinə icazə verilmir, imamlar məscidlərdən qovulur, hicab qadağası genişlənir, ifadə azadlığı adı altında müsəlmanların müqəddəs saydıqları inanclar təhqirə məruz qalır. Müsəlmanları terrorda ittiham edən Fransa deyəsən öz keçmişini unudur. Axı ölkənin tarixən səbəb olduğu qanlı qətliamlar hər kəsə məlumdur. Uzun illərdən bəri dünyanın müxtəlif bölgələrində Fransa tərəfindən həyata keçirilən soyqırımları, kütləvi qırğınlar, talançılıq, etnik təmizləmələr digər insanlıq əleyhinə cinayətlərin kökündə islamofobiya dayanır.

Müstəmləkəçilik illərində qul ticarəti ilə "nüfuz qazanmış" Fransa hələ neokolonializm siyasətini davam etdirir. Ölkədəki islamofobiyanın ifrat həddə çatmasında Fransanın xarici siyasəti mühüm rol oynayır. Erməni sevdalısının çirkin əməlləri bunlarla da yekunlaşmır. Hazırda Fransa erməni revanşistlərindən Cənubi Qafqazdakı maraqlarını təmin etmək üçün istifadə edir. Bu isə öz növbəsində, Azərbaycan Ermənistan arasındakı sülh prosesinə maneə törədir, münasibətlərin normallaşmasına əngəl olur, regional sabitlik təhlükəsizliyə təhdid yaradır. Fransa Azərbaycana qarşı bu münasibətində yenə islamofobiyanı əlində bayrağa çevirir

Nəzrin ELDARQIZI,

"Respublika".