“GORANBOY” KOMANDASI QIZIL MEDALIN SAHİBİ OLDU  
Region

“GORANBOY” KOMANDASI QIZIL MEDALIN SAHİBİ OLDU  

 Goranboyda "2023-cü il-Heydər Əliyev ili" ilə bağlı, Müstəqillik Gününə həsr olunmuş, 12-15 yaş arasında yeniyetmələrdən ibarət 6 rayonu təmsil edən (Goranboy, Gəncə, Gədəbəy, Ağdaş, Mingəçevir, Naftalan) komandaların iştirakı ilə voleybol idman növü üzrə zona birinciliyi keçirilib. Azərbaycan Voleybol Federasiyası (AVF) tərəfindən  Goranboy Olimpiya İdman Kompleksində keçirilən  seleksiya xarakterli yarışda Goranboydan, eləcə də ətraf rayonlardan olan 15 yaşadək qızlar və oğlanlar iştirak ediblər. Tədbirdə Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Dövlət Gömrük Komitəsinin sədri, Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov  və Milli Məclisin deputatı Müşviq Cəfərov, digər qonaqlar iştirak ediblər. Qızların final matçında "Mingəçevir" və "Naftalan" komandaları görüşüb. "Mingəçevir" komandası qalib gələrək çempion olub. Bürünc medalları isə "Goranboy-2" komandası qazanıb. Oğlanların finalı "Mingəçevir" və "Goranboy" komandaları arasında baş tutub. Bu görüşdə 2:0 hesabı ilə qələbə qazanan Goranboy komandası yarışın qalibi olub və qızıl medal qazanıb. Sonda qaliblərə kubok və medallar təqdim olunub.

                     Zabit XƏLİLOV,

                     “Respublika”.