Gürcüstan Milli Elmlər Akademiyasının prezidenti Roin Metrevelidən
Məktublar

Gürcüstan Milli Elmlər Akademiyasının prezidenti Roin Metrevelidən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Sizin Prezident vəzifəsinə seçilməyiniz sülh və əmin-amanlıq tərəfdarı olan Azərbaycan Respublikası vətəndaşlarının arzu və istəyinin nümayişidir. Bu istəyin həyata keçməsinin ilkin bəhrələri artıq hamıya məlumdur. Sizin regionda sülhün bərqərar olmasına və doğma ölkənizin ərazi bütövlüyünün bərpasına töhfəniz çox böyükdür. Bu, Azərbaycan vətəndaşlarını sevindirdiyi kimi, Gürcüstanı da sevindirir.

Gürcüstan və Azərbaycan xalqları tarix boyu dostluq və mehriban qonşuluq şəraitində yaşayıblar. Bu tendensiya xüsusən ölkələrimizin müstəqilliklərini bərpa etdikləri vaxtdan bəri daha da möhkəmlənib. Əminəm ki, Siz Prezident vəzifəsində əvvəllər olduğu kimi, bundan sonra da ölkələrimiz arasında qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində yorulmadan səy göstərəcəksiniz.

Cənab Prezident, icazə verin, Sizə bir daha ehtiramımı ifadə edim və Azərbaycan Respublikasının Prezidenti vəzifəsində ali və məsuliyyətli fəaliyyətinizdə uğurlar diləyim.

Dərin hörmətlə,

Roin METREVELİ,

Gürcüstan Milli Elmlər Akademiyasının prezidenti, akademik.