Hanaf Ali Əl Gebali: Heydər Əliyevin Azərbaycanın tərəqqisi naminə gördüyü işlər heyranlıq doğurur
Siyasət

Hanaf Ali Əl Gebali: Heydər Əliyevin Azərbaycanın tərəqqisi naminə gördüyü işlər heyranlıq doğurur

Azərbaycan Respublikası Milli Məclisinin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Misir Ərəb Respublikası parlamentinin Nümayəndələr Palatasının sədri Hanaf Ali Əl Gebali ilə mayın 17- parlamentdə görüş keçirilib.

Milli Məclisin Mətbuat ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə parlamentin sədri Sahibə Qafarova Ümummilli Lider Heydər Əliyevin Vətən xalq qarşısında misilsiz xidmətlərindən söz açıb. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin ideyaları daim yaşayır, o, xalqımızın yaddaşında, milli şüurumuzda əbədilik qazanıb.

Söhbət zamanı Ümummilli Liderin Misirlə əlaqələrin inkişafına önəm verdiyi, ölkələrimiz arasında dostluq münasibətlərinin bu gün uğurla davam etdiyi vurğulanıb. Hanaf Ali Əl Gebalinin Milli Məclisin xüsusi iclasındakı çıxışının dərin təəssürat yaratdığı bildirilib. Azərbaycanın Misirin dost ölkələr olduğu, ortaq mənəvi dəyərlərimizin, İslam dininin xalqlarımızı birləşdirdiyi qeyd edilib. Ölkələrimiz arasında münasibətlərin inkişaf etdiyi diqqətə çatdırılıb, bu xüsusda Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin Azərbaycana səfərinin əlaqələrimizin genişləndirilməsinə ciddi təkan verdiyi vurğulanıb.

Görüşdə Azərbaycanın Misirin Qoşulmama Hərəkatı, onun Parlament Şəbəkəsi çərçivəsində səmərəli fəaliyyəti barədə söhbət açılıb. Bildirilib ki, Azərbaycan quruma sədrliyi dövründə üzv ölkələr arasında əlaqələrin möhkəmləndirilməsinə mühüm töhfələr verib.

Misir Nümayəndələr Palatasının sədri Hanaf Ali Əl Gebali görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycanın tərəqqisi naminə gördüyü işlərin heyranlıq doğurduğunu qeyd edib. O, Azərbaycanı dost ölkə hesab etdiklərini münasibətlərimizin böyük tarixi köklərə malik olduğunu bildirib. Vurğulanıb ki, Azərbaycan çətin sınaqlardan məhz Heydər Əliyevin rəhbərliyi sayəsində uğurla çıxaraq inkişaf yoluna qədəm qoyub hazırda Prezident İlham Əliyev bu siyasəti müvəffəqiyyətlə davam etdirir.

Qonaq ölkəmizdə gördükləri qonaqpərvərliyin, xalqımızın yüksək mədəniyyətinin onlarda xoş təəssürat yaratdığını deyib.

Söhbət zamanı, həmçinin ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib, beynəlxalq səviyyədə qarşılıqlı faydalı əməkdaşlığın inkişafı məsələləri müzakirə edilib.