Hərbiçilər arasında keçirilən dünya çempionatının mükafatları nümayiş edilib
İdman

Hərbiçilər arasında keçirilən dünya çempionatının mükafatları nümayiş edilib

Paytaxtda 27 noyabr – 3 dekabr tarixlərində Dövlət Sərhəd Xidmətinin “Sərhədçi” İdman Mərkəzində keçiriləcək çempionatın açılış mərasimi münasibəti ilə mətbuat konfransı keçirilib.

"Respublika" xəbər verir ki, görüşdə Dövlət Sərhəd Xidmətinin "Sərhədçi" İdman Mərkəzinin rəisi Elşən Mirzəyev və PCSC JUDO və CISM Avropa vitse-prezidenti, polkovnik (GS) Dirk Schwede çempionatla bağlı mətbuata məlumat verib, jurnalistlərin suallarını cavablandırıblar. 

Daha sonra qaliblərə təqdim olunacaq diplom, kubok və medallar nümayiş edilib.