Komissiya sədri: Söyüdlü kəndində aparılan monitorinqin nəticələri qısa müddətdə ictimaiyyətə açıqlanacaq
Digər xəbərlər

Komissiya sədri: Söyüdlü kəndində aparılan monitorinqin nəticələri qısa müddətdə ictimaiyyətə açıqlanacaq

Söyüdlü kəndində sakinlərlə görüşdük. Yerində cavablandıra biləcəyimiz sualları cavablandırdıq. Narazılıq yaradan bütün məsələlər yoxlanılacaq aydınlıq gətiriləcək.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün yaradılan komissiyanın sədri, ekologiya təbii sərvətlər naziri Muxtar Babayev sakinlərlə görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib.

Komissiya sədri vurğulayıb ki, artıq kənddə bu istiqamətdə monitorinq işlərinə başlanılıb nəticələri qısa müddətdə ictimaiyyətə açıqlanacaq.

Qeyd edək ki, ötən gün Baş nazir Əli Əsədovun sərəncamı ilə Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə komissiya yaradılıb. Ekologiya təbii sərvətlər naziri Muxtar Babayev Komissiyanın sədri təyin edilib.

Komissiyaya Söyüdlüdə tullantıxana sahəsində monitorinqlər aparmaq mövcud vəziyyəti qiymətləndirmək, sakinlərin sağlamlığının ətraf mühitin qorunması sahəsində vətəndaşların müraciətlərini araşdırmaq, monitorinqin qiymətləndirmənin nəticələrinə uyğun olaraq müvafiq təkliflər hazırlayaraq Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.